Modern.az

Kəlbəcərdə Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi işdən ayrılıb

Kəlbəcərdə Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi işdən ayrılıb

Media

Bu gün, 10:07

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuranə Babayeva işindən ayrılıb. 

Modern.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

N. Babayeva bildirib ki, 2 ilə yaxın müddətdə icra etdiyi vəzifəsindən ayrılmaq qərarına gəlib:

"2 ilə yaxın müddətdə Kəlbəcərdə həyata keçirilən tarixi ilk böyük qayıdışın, ilk Şəhər Gününün, ilk festivalın və bir çox digər əlamətdar tədbirlərin təşkili və ictimaiyyətə çatdırılması prosesində yer almaq mənim üçün böyük şərəf idi. 

Bu müddət ərzində Kəlbəcərin inkişafı və tanıdılması istiqamətində faydalı işlər görməyə çalışdım. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının ictimaiyyətə çatdırılmasında kiçik də olsa payımın olmasından qürur duyuram.

Bu şərəfli missiya zamanı Kəlbəcər sakinlərinin dəstəyini və sevgisini daim hiss etdim. Məhz onların dəstəyi sayəsində nə çətin relyef, nə də məhdud şərait gördüyümüz işlərə mane ola bildi. Kəlbəcər ictimaiyyətinin göstərdiyi etimad, dəstək və səmimi münasibət fəaliyyətim boyunca mənə əlavə motivasiya oldu.

Həmçinin, dəyərli media nümayəndələrinə və əziz həmkarlarıma xüsusi təşəkkürümü bildirmək istəyirəm. İstənilən çətin şəraitdə tədbirlərimizdə iştirak etdiyinizə, fəaliyyətimizi operativ və peşəkar şəkildə işıqlandırdığınıza, ictimaiyyətin düzgün məlumatlandırılmasına verdiyiniz töhfəyə görə hər birinizə dərin minnətdarlığımı bildirirəm.

Birlikdə çalışdığımız hər kəsə gələcək fəaliyyətində uğurlar arzulayıram" - paylaşımda bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV