Modern.az

Elnarə Baxış Milli Kibertəhlükəsizlik Agentliyindəki işindən ayrılıb

Elnarə Baxış Milli Kibertəhlükəsizlik Agentliyindəki işindən ayrılıb

Media

Bu gün, 12:13

Jurnalist Elnarə Baxış Milli Kibertəhlükəsizlik Agentliyindəki işindən ayrılıb.

Modern.az xəbər verir ki, Elnarə Baxış qurumdakı fəaliyyətinin bir ilini tamamladığını və növbəti aydan işindən ayrılmaq qərarına gəldiyini bildirib:

“Bir il o qədər çox müddət olmasa da, bəzən bir mühitin sənə nə qazandırdığını və ya nə qazandıra biləcəyini anlamaq, bunun nəticəsində isə gələcək istiqamətini müəyyənləşdirmək üçün tam kifayət edir”.

O, həmkarlarına və media nümayəndələrinə təşəkkür edib, qarşıda yeni hədəflərinin olduğunu vurğulayıb. Paylaşımda yeni iş yeri barədə məlumat verilməyib.

Qeyd edək ki, Elnarə Baxış 2025-ci ilin sentyabrında Elektron Təhlükəsizlik Xidmətinin mətbuat katibi təyin olunub. Bundan əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentində çalışıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən E.Baxış müxtəlif televiziyalarda müxbir və aparıcı kimi də fəaliyyət göstərib

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok xəbərdarlıq! İran vurulacaq - Ordu əmr gözləyir