Bakı Ağır Cinayətlər Məhkəməsi “Meydan TV” işi üzrə 2024-cü ilin dekabrından həbsdə olan jurnalist Aynur Elgünəşin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib.
Modern.az xəbər verir ki, bunu sosial şəbəkədə A.Elgünəşin vəkili Elçin Sadıqov bildirib.
"Jurnalist Aynur Elgünəşin səhhəti günü-gündən pisləşir. Təcili əməliyyata göstəriş verilsə də, xəstəxana birbaşa əməliyyata razılaşmır. Bildirir ki, əvvəl KT müayinəsindən keçirib onun nəticələrinə uyğun əməliyyat edə bilərlər. Aynur dəfələrlə əməliyyat olunduğu üçün KT müayinəsi olmadan birbaşa əməliyyat risklidir. Təzyiqi tez-tez dəyişir, bədənində qançırlar yaranıb. Amma bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsindəki həbsin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətimi təmin etmədi", - vəkil deyib.