Modern.az

“Osasuna” İspaniya yüksək liqasına qayıtdı

“Osasuna” İspaniya yüksək liqasına qayıtdı

Aktual

19 İyun 2016, 12:30

 

“Osasuna”klubu İspaniya Sequndasının pley-off mərhələsinin final oyunun ikinci görüşündə “Jirona”nı məğlub edərək yüksək liqaya çıxıb.

 

Modern.az xarici mediaya istinadən bildirir ki, Jironada keçirilən oyun 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Yeganə qolu oyunun 48-ci dəqiqəsində “Osasuna”nın hücumçusu Kenan Kodro vurub.

 

Bu komandalar arasında keçirilən ilk görüşdə də “Osasuna” 2:1 hesabı ilə qalib gəlmişdi. Bundan əvvəl İspaniyada gücünə görə ikinci olan çempionatda gələn mövsüm yüksək liqada çıxış etmək hüququnu “Alaves” və “Leqanes” qazanıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı