Modern.az

Polad Bülbüloğlu: "Terror MDB sərhədlərinə yaxınlaşıb"

Polad Bülbüloğlu: "Terror MDB sərhədlərinə yaxınlaşıb"

6 Oktyabr 2016, 17:20

“Bakı və Moskva terrorizmlə mübarizədə birgə səylərin koordinasiyası üzrə gündəlik işlər görür”.

 

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

"Terrorizmlə mübarizədə birgə səylərin koordinasiyası işi bizdə aktiv şəkildə həyata keçirilir. Demək olar, gündəlik əlaqələndirmə olur. Bizdə xüsusi xidmət orqanları, DİN-lər arasında çox yaxşı qarşılıqlı münasibət var.

Bir müddət əvvəl Bakıda MDB ölkələrinin xüsusi xidmət və təhlükəsizlik xidmətləri orqanlarının rəhbərlərinin görüşü keçirilib" - səfir bildirib.

 

P.Bülbüloğlu söyləyib ki, bu gün Yaxın Şərqdə, Avropanın özündə baş verənlər, artan iqtisadi böhran ən mənfi və gözlənilməz nəticələr verə bilər.

“MDB sərhədlərinə terror bu qədər yaxınlaşıbsa, ölkələrin ayrı-ayrılıqda buna qarşı mübarizə aparması mümkün deyil. MDB adı altında birləşməyə münasibət tənqidi olsa da, sözügedən məsələdə, bu, xarici sərhədlərin perimetridir.

 

Ona görə də qarşılıqlı anlaşma səviyyəsində birgə çalışmaq zəruridir. Azərbaycan və Rusiya arasında, həmçinin Azərbaycan və Qazaxıstan arasında belə qarşılıqlı əməkdaşlıq var. Terrorun səbəblərini həm fiziki, həm də mənəvi-etik baxımdan aradan qaldırmaq çox vacibdir. Biri olmadan digəri mümkün deyil”- səfir vurğulayıb.

 

Ağa AKİFOĞLU

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır