Modern.az

Deputat əsgər ölümünə görə məsul şəxslərin xalqdan üzr istəmələrini tələb edib

Deputat əsgər ölümünə görə məsul şəxslərin xalqdan üzr istəmələrini tələb edib

Parlament

22 Fevral 2011, 15:28

Modern.az xəbər verir ki, Milli Məclisin bu günkü iclasında deputat Gülər Əhmədova bildirib ki, NATO standartları əsasında qurulan Azərbaycan ordusunda psixoloji problemlər həlini tapmalıdır. Millət vəkili fevralın 20-də “N” saylı hərbi hissədə 7 əsgərin ölümü ilə bağlı hadisədən danışarkən belə deyib. Onun fikrincə, orduda planlı şəkildə komkleks tədbirlər həyata kecirilməlidir. 

Gülər Əhmədovanın sözlərinə görə, orduda psixoloji xidmət yaradılmadığı halda problem həllini tapmayacaq: “Əgər Azərbaycan ordusu NATO standartlarına uyğun qurulursa, bu standartlara uyğun olaraq orduda psixoloji xidmət yaradılmalıdır. Dəfələrlə gündəmə gətirməyimizə baxmayaraq hələ də bu məsələ həllini tapmayıb. İnanmıram ki, bu ölkədə ən ağıllı adam Səfər Əbiyevdir. Əgər bu belə olsaydı, onda Səfər Əbiyev indiyədək bu məsələləri, bu işləri yerbəyər edərdi. Psixoloji xidmət yaradılmayınca belə hadisələrin sonu olmayacaq”.
Gülər Əhmədova fevralın 20-də baş verən hadisəyə görə aidiyyatı məsul şəxlərin xalqdan üzr istəməli olduğunu vurğulayıb.


Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı