Modern.az

Kayseridəki terrora görə 7 nəfər saxlanılıb

Kayseridəki terrora görə 7 nəfər saxlanılıb

17 Dekabr 2016, 17:53

"Kayseri şəhərində törədilmiş terror aktı ilə əlaqədar 7 nəfər saxlanılıb".

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib . 

 

Süleyman Soylu  terror aktında iştirakda şübhəli bilinən daha 5 nəfər barəsində axtarış elan olunduğunu bildirib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 13 hərbçi həlak olub, 55-i yaralanıb. Ölkənin baş naziri Binəli Yıldırım Kayseri şəhərindəki terror aktını terrorçu-kamikadzenin törətdiyini bildirib

 

Mirmahmud KAZIMOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır