Modern.az

Məşhur vəkilin adı yumurta qalmaqalında - "200 min alıb..."

Məşhur vəkilin adı yumurta qalmaqalında - "200 min alıb..."

17 Dekabr 2016, 23:24

Uzun müddətdir, Azərbaycanın quşçuluq şirkətləri ilə əməkdaşlıq edən Türkiyənin "Emre Piliç” şirkətinin erməni ortaqları olduğu üzə çıxıb. Modern.az saytı xəbər verir ki, “BakiPost”un məlumatına görə, bu şirkətin ortaqları arasında milliyətcə erməni Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyan da var. Türkiyənin iri broyler şirkəti "Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi” Azərbaycana quşçuluq məhsulları, əsasən də damazlıq yumurta və cücə idxal edir...

Azərbaycandan isə bu şirkətlə təması olanlar arasında "Bakı Quşçuluq”, "İmişli Quşçuluq”, "Səba” ASC, "Abşeron” MMC, "Şəfalı Broyler”, "İsmayıllı Quşçuluq”, "Buzovna Broyler”, "Dəvəçi Quşçuluq”, "Aqrolizinq” QSC, "Şəmkir Quşçuluq”, "İspanyolla” ticarət mərkəzi, "Hacıqabul Quşçuluq”, "Siyəzən Broyler”, "Qaradaşlı Broyler” və digərlərinin adı hallanır. Adı çəkilən şirkətlərdən "Qaradaşlı” broyler istisna olmaqla əksəriyyəti "Emre Piliç”lə əlaqələri kəsdiyini açıqlayıb.

Bu məsələlər gündəmə gəldikdən sonra məlum olub ki, erməni ortaqlığı olan şirkətlə Azərbaycan şirkətləri arasında həm də pul qalmaqalı var. Bu problemin həll olunması üçün hətta aidiyyədi qurumlara da müraciət edilib. Erməni olduğu iddia edilən şirkət rəhbərini isə Azərbaycanda tanınmış hüquqşünas Aslan İsmayılov müdafiə edir. O mətbuata açıqlamasında  "Siyəzən Broyler” ASC- nin "Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nə aldığı yumurtaya görə təxminən 1 milyona yaxın ABŞ dolları borclu olduğunu bildirib. Əlavə edib ki, şirkət rəhbərliyi Baş Prokurorluğunun Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə müraciət ediblər. Və bundan sonra "Siyəzən Broyler” ASC-nin rəhbəri Mürvət Həsənov Ömür Orala müraciət edərək borcu tam ödəyəcəyini, buna görə istənilən yerdə və vaxtda onunla görüşüb problemləri həll etməyə, borcu tam qaytarmağa hazır olduğunu bildirib Onun iddiasına görə, sonradan M.Həsənov sözünü tutmayıb və müxtəlif bəhanələr, hədə-qorxularla borcunu qaytarmaqdan imtina edib.

Lakin respublikada böyük damazlıq şirkətinin direktoru və sahibi Mürvət Həsənli BakiPost.az-a açıqlamasında  deyib ki, vəkil Aslan İsmayılovun "Facebook” səhifəsində yazdıqları hamısı şantajdır, şər-böhtandır: "Onun fikri dövlət məmurları ilə əlləşməkdən qurtarıb, iş adamlarına keçməkdir. Belə ki, Aslan İsmayılov Azərbaycana damazlıq yumurta satan və 30 faizi ermənilərə məxsus olan "Emre Piliç” şirkətini müdafiə edir. Məndə həmin şirkətin Aslan İsmayılova etibarnamə verməsi ilə bağlı fakt da var. Aslan İsmayılov ermənilərin də ortağı olduğu şirkəti müdafiə edərək mənə və mənim kimi iş adamlarına Azərbaycan bazarına çıxmağa imkan vermir”.

Şirkət rəsmisi "Emre Piliç”in 30 faizinin ermənilərə məxsus olduğunu iddia edir: "Həmin şirkətin 30 faizi Sevan Oskanyana və Raffi Andranik Bozaçıyana aiddir. Onun dediklinə görə, ermənilərin həmin şirkətdə 5-15 faiz payları var. Hətta belə olsa da mən sizə əminliklə deyirəm ki, o şirkətin 30 faizi ermənilərə aiddir. Çünki digər ortağın xanımı da ermənidir. Digər ortaqlar Ömür Oralın da soy kökləri bəllidir. Lakin təəssüf ki, ermənilərin Bakıdakı birinci müdafiəçisi özünü vətənpərvər, milliyətçi sayan Aslan İsmayılovdur. O, ermənilərə məxsus şirkətdən 200 min dolları alıb onları Bakıda müdafiə edir. Halbuki o şirkətdən Azərbaycana idxal olunan yumurtanı biz özümüz istehsal edirik. Onun kimilərinə görə biz bazarda yumurtanı sata bilmirik. Erməni şirkətləri imkan vermir öz bazarımıza məhsul çıxaraq”.

Qeyd edək ki, 1996-cı ildə Türkiyənin Kocaeli vilayətində yaradılan "Emre Piliç” hazırda İzmir, Mudurnu, Nallıhan və Ayaş olmaqla 4 bölgədə 9 tarla, 70 toyuq hininə sahibdir. 279 nəfər işçisi ilə istehsal etdiyi məhsulun 70 faizini idxal edən şirkət həm damazlıq cücə, həm də damazlıq yumurta satışını həyata keçirir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir