Modern.az

Sərhəd Qoşunlarının silah tuta bilməyən əsgəri belə dəyişdi – VİDEO

Sərhəd Qoşunlarının silah tuta bilməyən əsgəri belə dəyişdi – VİDEO

18 Yanvar 2017, 14:24

Təxminən bir il əvvəl sosial şəbəkələrdə hərbi geyimli bir əsgərin silahdan atəş açarkən videosu paylaşılmışdı.

Bu video sosial şəbəkələrdə geniş müzakirə olunub. Bir çox vətəndaşlar həmin gəncin fiziki qüsurlu olduğunu iddia edərək, onun hərbi xidmətə çağırılmasının yolverilməz olduğunu yazırdılar.

Hətta buna görə, bəzi dövlət qurumları da ittiham obyekti olmuşdu.

Lakin həmin gənc əsgər Sərhəd Qoşunlarında xidmətini davam etdirərək, xidmət etdiyi hərbi hissənin nümunəvi əsgərlərindən birinə çevrilib. O, bu gün müxtəlif atıcı silahlardan peşəkarcasına istifadə etməklə yanaşı, xidmət zamanı dəfələrlə fərqlənib.

 

Modern.az saytı  "Azeridefence"ə istinadla Sərhəd Qoşunlarında həmin əsgərin hərbi xidmət müddətində necə dəyişdiyini təqdim edir.

Videoda ilk vaxtlar avtomatdan atəş açmağa çətinlik çəkən gənc xidmətini Çevik Hərəkət Dəstəsində necə davam etdirməsinin şahidi olacaqsınız.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır