Modern.az

“Bu dünyada cəmi bircə dostlum var” - Sabiq təhsil naziri

“Bu dünyada cəmi bircə dostlum var” - Sabiq təhsil naziri

4 Fevral 2017, 15:18

“Uzun müddət idi ki, şəhərdən kənarda idim. Qulaqlarım dinc, əsəblərim sakit, səhhətim də yaxşı idi. Ancaq son zamanlar hava şəraiti kəskinləşdi, şaxtalar, düşdü. Bu səbəbdən bir az nasazam. Tezliklə şəhərə dönəcəyəm”.

Bunu Modern.az saytına açıqlamasında sabiq təhsil naziri, professor Firudin Cəlilov bildirib.  İki il öncə bir neçə dəfə ürəyindən əməliyyat olunan alim hazırda səhhətində heç bir problemin olmadığını, özünü qoruduğunu bildirib. Amma elmi işlə məşğul olmağına ara-sıra mane olur:

“Səhhətim sözümə baxanda elmi işlərimlə məşğul oluram. Görmək istədiyim, yazılası işlərim çoxdu. Bu dünyada cəmi bircə dostum var, o da kompüterdi. Elə onun qarşısına keçib, ara-sıra işləyirəm. Bu aralar  ünsiyyətdə olduğum özgə kimsə yoxdu”.

E.Nazimoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir