Modern.az

Türkiyə səfirliyinin mətbuat müşaviri "İki sahil"in qonağı olub

Türkiyə səfirliyinin mətbuat müşaviri "İki sahil"in qonağı olub

Media

31 Mart 2011, 18:18


Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Yavuz Bayram Maraş "İki sahil" qəzeti redaksiyasında olub.

Qəzetin baş redaktoru Vüqar Rəhimzadə ilə görüşündə qonaq tarixi köklərə malik olan və bu gün hər bir sahə üzrə uğurla inkişaf edən Türkiyə- Azərbaycan əlaqələrindən geniş bəhs edib. Bildirib ki, bu dostluq Heydər Əliyevin "bir millət, iki dövlət" və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" tezisinə əsaslanır.  Hazırda bu siyasət uğurla davam etdirilir. Türkiyə-Azərbaycan dostluğu daim nümunə göstərilir.

Qonaq əməkdaşlıq əlaqələrinin inkişafında mətbuatın rolunu xüsusi vurğulayıb. Qeyd edib ki,  Azərbaycanda müstəqil mətbuatın inkişafına dövlət qayğısı davamlıdır və bundan böyük qürur hissi keçirir. 

"İki sahil" qəzetinin baş redaktoru V.Rəhimzadə qonağa təşəkkürünü bildirərək, bir-birinə sıx tellərlə bağlı olan Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığını, gündən-günə daha da möhkəmləndiyini vurğulay;b və qəzetin yaranma tarixi, keçdiyi yol və fəaliyyəti barədə ətraflı məlumat verib.

Yavuz Bayram Maraş jurnalist əməyinin böyük fədakarlıq, zəhmət tələb etdiyini önə çəkərək Azərbaycan dövlətinin jurnalistlərə diqqət və qayğısının yüksək səviyyədə olduğunu bildirib. O, "İki sahil" qəzeti ilə uğurlu əməkdaşlıqdan məmnun olduğunu ifadə edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı