Modern.az

İslam Oyunlarına gələcək ölkələrin nəqliyyat xərclərini Azərbaycan ödəməyəcək

İslam Oyunlarına gələcək ölkələrin nəqliyyat xərclərini Azərbaycan ödəməyəcək

Aktual

30 Mart 2017, 11:52

4-cü İslam Həmrəyliyi Oyunları və Azərbaycan Hava Yolları QSC (Qapalı Səhmdar Cəmiyyəti) arasında rəsmi tərəfdaşlığa dair saziş imzalanıb. Azərbaycan Hava Yolları aviaşirkəti Bakı 2017 Oyunlarının növbəti rəsmi tərəfdaşı olub.

Modern.az xəbər verir ki, Azərbaycanın aparıcı hava şirkətlərindən biri olan, Azərbaycan Hava Yolları QSC (AZAL), 19 ölkədə 40 istiqamət üzrə uçuşlar təşkil edir. 

Böyük Britaniyanın aviaşirkətlər üzrə xidmət səviyyəsini qiymətləndirən məşhur “Skytrax” konsaltinq şirkəti AZAL-ı “4 Ulduz”  reytinqinə layiq görüb.

Bakı 2017 KommersiyaProqramında BP, Red Bull, Milla, Fresco, MicroplusvəiTicketşirkətindənsonraBakı 2017 Oyunlarına tərəfdaş kimi imza atan sonuncu şirkət AZAL-dır.  Bununla da onlarBakı 2017 İslam Həmrəyliyi Oyunlarının brend kimi beynəlxalq səviyyədə tanınmasına kömək edəcək, xüsusilə də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Bakı 2017 Oyunlarına təşrif buyuracaq bütün idmançıların, azarkeşlərin və rəsmilərin gülərüzlə, qonaqpərvərliklə qarşılanmasını təmin edəcəklər.

 

Tədbirdə çıxış edən IV İslam Həmrəyliyi Oyunlarının əməliyyatlar üzrə baş direktoru Mayk Loynd mötəbər tədbirlərdə aviaşirkətlərin əsas tərəfdaşlardan biri olduğunu qeyd edib.

 

"Çox böyük nüfuza və güvənə malik olan Azərbaycan Hava Yollarının Bakı 2017 İslam Həmrəylik Oyunlarının rəsmi tərəfdaşı olması bizim üçün çox önəmlidir. Əminəm ki, oyunların təbliğatı işində AZAL çox böyük rol oynayacaq".

 

O qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarına gələcək ölkələrin nəqliyyat xərclərini Azərbaycan tərəfi ödəməyəcək.

 

 Daha sonra AZAL-ın vitse-prezidenti Eldar Hacıyev çıxış edib:

“Bakıda keçirilən İslam Həmrəylik oyunları ölkəmiz üçün təkcə idman yarışı deyil, eyni zamanda mühüm tarixi tədbirdir. Biz bu tədbirin təşkilatçılarını dəstəkləməkdən qürur duyuruq. Əminəm ki, ölkəmiz digər idman oyunları kimi IV İslam həmrəylik oyunlarını da yüksək səviyyədə keçirəcək.

 

Qafar Ağayev

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı