Modern.az

Mirzəağa Əliyev küçəsində hərəkət məhdudlaşdırılır

Mirzəağa Əliyev küçəsində hərəkət məhdudlaşdırılır

Aktual

30 Mart 2017, 22:11

Bakının Mirzəağa Əliyev küçəsinin Murtuza Muxtarov küçəsi ilə kəsişməsində avtonəqliyyat vasitələrinin hərəkəti sabahdan etibarən məhdudlaşdırılacaq. Modern.az xəbər verir ki, “Azəravtoyol” ASC-nin  Mətbuat katibliyinin məlumatına görə, buna səbəb Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulmasıdır. Hərəkətin məhdudlaşdırılması sözügedən ərazidə aparılan yenidənqurma işləri bitənədək qüvvədə olacaq.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı