Modern.az

Aşıq Azər Xanlaroğlu Türkiyədə kirayə mənzil tutub

Aşıq Azər Xanlaroğlu Türkiyədə kirayə mənzil tutub

3 Aprel 2017, 18:06

“Azər martın 29-da əməliyyat olundu. Hələ iki ay tibbi prosedurlardan keçəcək. Klinikada xeyli baha başa gəldiyi üçün kirayə mənzil tutub. Hərt gün xəstəxanada vacib prosedurları qəbul edir. Aqllahın köməkliyi ilə digər əməliyyat gözlənilmir”.

Bunu Modern.az saytına açıqlamasında Türkiyədə əməliyyat olunan Aşıq Azər Xanlaroğlunun yaxın dostu şair Ehtiram İlham deyib. Onun sözərinə görə, bir müddət əvvəl səhhəti ağır olan aşığın əməliyyatdan sonrakı durumu stabildir.

Qeyd edək ki, uzun müddət hepatit və el arasında “fil xəstəliyi” adlanan damar şişməsindən ciddi əziyyət çəkən aşıq Azər Xanlaroğlu bir neçə gün bundan əvvəl Türkiyədə əməliyyat edilib.

E.NAzimoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir