Modern.az

Bakıda iki qadın döyüldü, onlardan biri öldü

Bakıda iki qadın döyüldü, onlardan biri öldü

1 May 2017, 09:35

Bakıda mənzildə iki qadın döyülüb, ölən və yaralanan var.

 

"Report"un xəbərinə görə, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, təxminən 40-45 yaşlı soyadı hələlik məlum olmayan Yelena adlı qadın döyülərək qətlə yetirilib. Onun meyiti binanın blokunda aşkarlanıb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

 

Faktla bağlı Səbail Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

 

Qeyd edək ki, hadisə vaxtı həmin ünvanda başqa bir qadının da (hələlik adı açıqlanmır) döyüldüyü aşkarlanıb.

 

Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının araşdırması nəticəsində məlum olub ki, hər iki qadın bir mənzildə döyülüb. Hər iki qadın pul müqabilində intim xidmətlə məşğul olurmuş.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir