Modern.az

Mehriban Əliyeva: "Müzakirələr dünyanı narahat edən bir çox məsələlərin həllinə töhfə verəcək"

 Mehriban Əliyeva: "Müzakirələr dünyanı narahat edən bir çox məsələlərin həllinə töhfə verəcək"

5 May 2017, 15:12

Azərbaycanın Birinci-vitse prezidenti xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mayın 5-də Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüblər.

Görüşdə ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva qurumun baş direktorunu yenidən Bakıda görməkdən şad olduğunu bildirdi, Azərbaycan ilə təşkilat arasında səmərəli əməkdaşlığın qurulduğunu dedi.

Mehriban Əliyeva IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində aparılacaq müzakirələrin dünyanı narahat edən bir çox məsələlərin həllinə töhfə verəcəyinə əminliyini bildirdi.

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri yenidən Bakıda olmaqdan məmnunluğunu ifadə etdi. O, Forumun gündəliyində olan məsələlərin qlobal əhəmiyyət daşıdığını vurğuladı.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir