Modern.az

Zahid Oruc: "Bərdənin daha 2 kəndinə qaz verildi, bu iş davam edəcək" (FOTOLAR)

Zahid Oruc: "Bərdənin daha 2 kəndinə qaz verildi, bu iş davam edəcək" (FOTOLAR)

7 May 2011, 19:12

Millət vəkili Zahid Oruc bu gün Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə birlikdə yerli sakinlər üçün əlamətdar hadisələrlə zəngin tədbirlərdə iştirak edib. Deputat Modern.az-a bildirib ki, onlar əvvəlcə Bərdənin Hacallı kəndində müasir üslubda tikilmiş 220 yerlik orta məktəbin açılışına qatılıblar.

Daha sonra rayonun Həsənqaya və Saatlı kəndlərinə mavi yanacağın verilməsinə həsr olunmuş tədbirlər keçirilib. Zahid Orucun sözlərinə görə, bu mərasimlər nəticəsində həmin kəndlərdə 350 abonent qazla təmin olunub.

Həsənqaya və Saatlı deputatın təmsil etdiyi seçki dairəsində 27-ci və 28-ci kəndlərdir ki, mavi yanacaq verilir. Zahid Oruc deyib ki, yaxın zamanlarda daha 2 yaşayış məntəqəsinə mavi yanacaq veriləcək.

”Bunlarla yanaşı, 9 may Qələbə günü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü çərçivəsində də bir sıra görüşlərimiz oldu” deyə millət vəkili qeyd edib.

 

 

 


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı