Modern.az

Qaynanası Bin Ladenin ölümünə dözmədi

Qaynanası Bin Ladenin ölümünə dözmədi

Təhsil

8 May 2011, 18:02

Dünyanın ən çox axtarılan şəxsi - terror təşkilatı “Əl-Qaidə”nin lideri Usamə Bin Ladenin ölümü onun qohumlarına pis təsir edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Bin Ladenin ilk arvadının anası – “Əl-Qaidə” liderinin qaynanası- kürəkəninin ölüm xəbərini eşidəndən sonra beyin qanaması keçirərək ölüb.

70 yaşlarındakı Nabiha Əl Ganemin xəbəri aldıqdan sonra insult keçirdiyi və Suriyanın Lazkiye şəhərində  aparıldığı xəstəxanada öldüyü bildirilir.

Bin Laden 17 yaşındaykən suriyalı Əl Ganemin qızı Necva ilə evlənmiş, ondan 11 uşağı olmuşdu.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı