Modern.az

Agentlik Bakının tıxac problemilə bağlı TƏKLİFLƏRİ Nazirlər Kabinetinə göndərdi - VİDEO

Agentlik Bakının tıxac problemilə bağlı TƏKLİFLƏRİ Nazirlər Kabinetinə göndərdi - VİDEO

7 Noyabr 2017, 11:53

Bakı Nəqliyyat Agentliyi nəqliyyat vasitələrinin hərəkətində günün pik saatlarında sıxlıq müşahidə edilən ərazilərin təhlil edilərək araşdırılması işlərini davam etdirir. Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, bu çərçivədə Təbriz və İ. Həsənoğlu küçələrinin kəsişməsi araşdırılb, mövcud problemlərin həlli üçün təkliflər hazırlanıb:

“Müəyyən edilib ki, İ.Həsənoğlu küçəsindən Təbriz küçəsi istiqamətində yolun iki hərəkət zolağından ibarət olması və sol zolağın sola dönən nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi, sola dönən və düzünə hərəkət edən nəqliyyat vasitələrinin svetoforun eyni fazasında hərəkət etmələri qeyd edilən yolayrıcında günün pik saatlarında sıxlığın yaranmasına səbəb olur. Eyni zamanda, Təbriz küçəsində piyada keçidinin olmaması piyadaların təhlükəsiz hərəkətinə imkan vermir.

 

Bakı Nəqliyyat Agentliyinin mütəxəsissləri Həsənoğlu küçəsindən qərb və şərq istiqaməti üzrə cib şəkilli xüsusi sola dönmə zolağının təşkil edilməsi və  sola dönən nəqliyyat vastələrinin hərəkətinin kanallaşdırılması barədə təklifi hazırlanıb. Təklifdə həmçinin, svetofora sola dönmə fazasının əlavə edilməsi, Təbriz küçəsində piyada keçidinin təşkili də öz əksini tapıb.

 

Onun sözlərinə görə, təkliflərin reallaşması ilə Həsənoğlu-Təbriz küçələrində nəqliyyat ləngimələrinin aradan qalxması, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması, piyadalarının rahatlığının təmin edilməsi mümkün olacaq.

 

Təklif baxılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib. 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü