Arxiv
20 Noyabr 2017, 20:02 | AKTUAL
İlham Əliyev: "Futbol Azərbaycanda prioritet sahələrdən biridir" - Yenilənib

Prezident İlham Əliyev FIFA-nın prezidenti Canni İnfantinonu və təşkilatın baş katibi Fatma Samouranı qəbul edib. Modern.az xəbər verir ki, FIFA prezidenti Canni İnfantino Azərbaycana gəlişindən və dövlət başçısı ilə görüşündən məmnunluğunu bildirib.

 

O, Bakının FIFA İcraedici Futbol Sammitinin keçiriləcəyi dünyanın 12 şəhərindən biri seçilməsinin və ilk sammitin paytaxtımızda keçirilməsinin əhəmiyyətini qeyd edib.

 

Prezident İlham Əliyev Bakıda keçiriləcək FIFA İcraedici Futbol Sammitinin önəmini qeyd edib və bu tədbirin çox uğurlu olacağına əminliyini bildirib. FIFA prezidenti Canni İnfantinonun və baş katib Fatma Samouranın Azərbaycana səfərini mühüm hadisə kimi qiymətləndirən dövlət başçısı azərbaycanlı futbol azarkeşlərinin bu səfərdən sevinc hissi keçirdiklərini vurğulayıb və qeyd edib ki, bütün bunlar Azərbaycanın dünya futbol ailəsində özünəməxsus yerə malik olduğunu göstərir. Ölkəmizdə idmanın inkişafına toxunan dövlət başçısı bildirib ki, futbol Azərbaycanda prioritet sahələrdən biridir.

 

İdmanın bu növünün inkişafı ilə bağlı xüsusi proqramın qəbul edildiyini vurğulayan prezident İlham Əliyev Bakıda, eləcə də Azərbaycanın digər şəhərlərində müasir tələblərə cavab verən xeyli sayda stadionun inşa edildiyini və bu gün futbolun inkişafı üçün ölkəmizdə bütün lazımi infrastrukturun tam şəkildə yaradıldığını qeyd edib. Ölkəmizdə futbola olan marağın və azarkeşlərin sayının durmadan artdığını deyən dövlət başçısı bildirib ki, futbol üzrə Azərbaycan milli komandası və klublar daha yaxşı oyun nümayiş etdirir və bu sahədə daha çox uğurların və qələbələrin qazanılmasına ümidvarıq.

Prezident İlham Əliyev əminliklə bildirib ki, FIFA prezidenti Canni İnfantinonun və baş katib Fatma Samouranın ölkəmizə səfəri Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığı işinə də öz töhfəsini verəcək.

 

FIFA prezidenti Canni İnfantino isə qeyd edib ki, Azərbaycan, sözün əsl mənasında, futbol ölkəsidir: “Mən hələ FIFA prezidenti olmamışdan öncə UEFA-da çalışdığım dövrdə biz AFFA ilə birgə əməkdaşlıq etmişik. Biz hələ o zaman irəliyə baxaraq Azərbaycanla birgə layihələr üzərində düşünürdük. Mən və baş katib Fatma Samoura Azərbaycanda ümumilikdə futbolun və futbol hərəkatının inkişafının şahidiyik. Siz artıq 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsini Bakıda təşkil etmisiniz”.

 

Canni İnfantino Bakının “Avro-2020”yə ev sahibliyi edəcək 13 şəhərdən biri olmasının əhəmiyyətini qeyd edib. O bildirib ki, ölkəmizdə futbol infrastrukturunun yaradılmasına və uşaq futboluna böyük önəm verilməsi Azərbaycanda futbolun inkişafına gətirib çıxarıb. Canni İnfantino, eyni zamanda, bildirib ki, 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı Azərbaycanda futbolun inkişafının nəticəsidir. Canni İnfantino futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” futbol klubunun uğurlar qazandığını vurğulayıb və AFFA-nın fəaliyyətinin bir çox ölkələr üçün nümunə olduğunu qeyd edib.

 

Sonra Canni İnfantino FIFA-nın xatirə hədiyyələrini Azərbaycanın dövlət başçısına təqdim edib.

 

18:25

 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də FIFA-nın prezidenti Gianni İnfantinonu və baş katibi Fatma Samouranı qəbul edib.

 

Gianni İnfantino FIFA-nın xatirə hədiyyələrini dövlətimizin başçısına təqdim etdi.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı   27 May 2019, 12:53 Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb   27 May 2019, 12:47 Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda keçiriləcək 27 May 2019, 12:45 AFFA geri qaytarılan biletlər üçün UEFA-ya müraciət etdi: “Verin, biz sataq!” 27 May 2019, 12:39 Deputat iftar süfrəsi açdı 27 May 2019, 12:20 Şəmkirdə quldurluq edən 2 nəfər tutuldu 27 May 2019, 12:10 İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ 27 May 2019, 12:09 “Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır 27 May 2019, 12:07 Fransada millətçilər seçkilərdə qalib gəldilər 27 May 2019, 12:00 Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır 27 May 2019, 11:49 Zelenski deputatları ittiham edib 27 May 2019, 11:47 Daha 1787 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilir 27 May 2019, 11:44 Ölkədəki faktiki hava şəraiti açıqlandı 27 May 2019, 11:40 Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb” 27 May 2019, 11:25 Bakının enerji etibarlığı artırıldı 27 May 2019, 11:23 Bakı Ali Neft Məktəbinin məzunları iş tapmaqda liderdir 27 May 2019, 11:21 DOST xidmətlərindən 3 mindən çox  vətəndaş faydalanıb 27 May 2019, 11:18 DİM qapalı və açıq tipli tapşırıqlar üzrə maksimal balın hesablanması qaydasını açıqladı 27 May 2019, 11:11 İyunun 2-də buraxılış imtahanları keçiriləcək 27 May 2019, 11:09 Britaniya səfiri: “Bakıda Avropa Liqasının finalına ciddi hazırlıq işləri aparılıb” 27 May 2019, 10:59 Çağdaş və qədim Özbəkistanda 10 gün - REPORTAJ 27 May 2019, 10:53 Yevlaxda qadının boğazını kəsib öldürən şəxs tutuldu 27 May 2019, 10:52 Səninlə fəxr edirik, Azərbaycan əsgəri! 27 May 2019, 10:47 Gəncədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar verildi 27 May 2019, 10:44 Bakıda ekstremal dərəcədə az çəki ilə doğulan körpə həyata qaytarılıb 27 May 2019, 10:36 Prezident Cümhuriyyət abidəsini ziyarət etdi - FOTOLAR 27 May 2019, 10:19 Məmmədyarov: "Cəmiyyətlərin sülhə hazırlanması üçün Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir" 27 May 2019, 10:12 “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri istefa verir 27 May 2019, 10:11 Tramp İranla danışıqlar üçün şərt irəli sürdü 27 May 2019, 10:06 “Çin dili körpüsü” müsabiqəsinin seçim turu keçirildi   27 May 2019, 10:04 BirBank-ı artıq meqabaytsız da istifadə etmək olar   27 May 2019, 10:02 Ermənistanda “Cin şüşədən çıxdı” - Paşinyan onu geri qaytara bilməyəcək 27 May 2019, 09:53 Ermənilər cəbhədə təxribatlara davam edir 27 May 2019, 09:39 Konqoda gəmi batdı - 30 nəfər öldü 27 May 2019, 09:09 Litvada yeni prezident seçildi - FOTO 27 May 2019, 09:07