Modern.az

Hindistanda dəhşətli qəza: 33 ölü

Hindistanda dəhşətli qəza: 33 ölü

23 Dekabr 2017, 17:31

Hindistanın Racastan əyalətində baş verən avtobus qəzasında 33 nəfər həyatını itirib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki,  Hindistanın şimal-qərbində yerləşən Racastan əyalətində  avtobus bir körpüdən keçərkən yoldan çıxaraq çaya düşüb.

 

Yerli polisin açıqlamasına görə baş vermiş qəzada 33 adam həyatını itirib. Yaralanan yeddi nəfər isə təcili xəstəxanaya çatdırılıb.

 

Polis, Banas Çayının üzərində yerləşən körpüdə avtobusun qarşı zolaqdan gələn maşını vurmamağa cəhd edərkən 20 metr hündürlükdən düşdüyünü açıqlayıb.

 

Hadisə zamanı  avtobus sürücüsü də  həyatını itirib.Məlumatda bildirilir ki,sərnişinlər qəzanın baş verdiyi yerə yaxın bir yerdə Hindu Məbədinə gedirmişlər.

 

Əbülfəz Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir