Modern.az

Jurnalistin düyülmə xəbəri yayıldı

Jurnalistin düyülmə xəbəri yayıldı

9 Aprel 2018, 17:49

Unikal.org-un əməkdaşı Famil Fərhadoğlunun (İbrahimov) döyüldüyü barədə xəbər yayılıb.

 

Unikal.org-un yaydığı məlumata görə, hadisə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində baş verib. Belə ki, Yasamal qəbiristanlığında mərhumla dəfn mərasimini lentə alan saytın əməkdaşı Famil Fərhadoğlu təzyiqə məruz qalıb.

Jurnalistin üz və qol nahiyəsindən xəsarət aldığı bildirilir. Həmçinin mobil telefonu əlindən alınaraq, sındırılıb.


Bu barədə başına gələnləri danışan F.Fərhadoğlu hadisəyə görə Səhiyyə Nazirliyinin əməkdaşlarını ittiham edib. O, məsələ ilə bağlı hüquq-mühafizə oraqanlarına müraciət edəcəyini, telefonunu əlindən alanların tapılıb cəzalandırılmasını istədiyini bildirib.


Səhiyyə Nazirliyindən isə Modern.az-a bildirilib ki, Famil Fərhadoğlunun dəfn mərasimində şəkil çəkməyini istəməyənlər mərhumun yaxınları olub. Qeyd edilir ki, mərhumun yaxınları dəfn mərasiminin lentı alınmasına etiraz edib, bunu jurnalistin diqqətinə də çatdırıblar.

Nazirliyin mətbuat xidmətindən olayın bu qurumun rəsmi şəxslərilə bağlamağı yanlış informasiya adlandırıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir