Arxiv
21 May 2018, 16:19 | AKTUAL
“SABAH qrupları uğurlu modeldir”

 

UNEC-də “Davamlı inkişaf: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, Təhsil Nazirliyi ilə UNEC-in birgə təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunub.

 

UNEC-un rektoru, professor Ədalət Muradov SABAH qruplarının Azərbaycanın ali təhsil sistemində insan kapitalının formalaşdırılmasını uğurla həyata keçirən bir model olduğunu bildirib. Konfransın AXC-nin 100 illiyinə həsr olunmasının əhəmiyyətini vurğulayan rektor cümhuriyyət dövrünün bütün sahələrinin məhz ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə geniş tədqiq olunduğunu bildirib. Ə.Muradov Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamın bu proseslərə xüsusi təkan verdiyini diqqətə çatdırıb.

 

Davamlı iqtisadi inkişafın iqtisadçılar arasında ən çox müzakirə edilən mözvu olduğunu bildirən rektor, liberal bazar iqtisadiyyatında dünya ÜDM artımının yaratdığı problem və həlli yollarından danışıb. Davamlı inkişafı müəyyən edən vahid göstəricinin olmamasının iqtisadçılar qarşısında duran ən mühüm vəzifələrdən biri olduğuna diqqət çəkən rektor, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən söz açıb. BMT-nin hesablamalarına görə, davamlı inkişafla bağlı maliyyə kəsirlərinin mövcudluğunu vurğulayan rektor, problemin həlli üçün özəl investisiyaların yatırılmasına əlverişli mühitin yaradılması, eyni zamanda investorları maraqlandıran davamlı inkişafa yönəlik təkliflərə ehtiyac olduğunu vurğulayıb.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində qeyd edilməsinin əhəmiyyətindən danışıb. Ölkənin davamlı sosial-iqtisadi inkişafının təmin edilməsinin dövlətin qarşıya qoyduğu prioritetlərdən biri olduğuna diqqət çəkən F.Qurbanov bu sahədə əldə olunan uğurlardan söz açıb, bir çox göstəricilər üzrə Azərbaycanda davamlı inkişafın təmin edildiyini bildirib. O, insan kapitalının davamlı inkişafın təmin olunmasında mühüm rol oynadığını bildirib. F.Qurbanov yeni təhsil modellərinin yaranmasının zəruriliyini vurğulayaraq təhsilin İnkişafına dair Dövlət Strategiyasında qeyd olunan məqsədlərin SABAH qrupları layihəsinin fəaliyyətində əks olunduğunu bildirib.

 

SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə UNEC SABAH qruplarının tələbələrinin uğurlarından danışıb. UNEC-in SABAH qruplarının ilk məzunlarının 56 faizinin yerli və xarici universitetlərdə magistraturaya qəbul olunduğuna diqqət çəkən Ş.Seyidov bunun yüksək göstərici olduğunu vurğulayıb. O, UNEC-in tələbələrinin beynəlxalq proqramlar, biznes layihələri və intellektual yarılarda fəal iştirak etdiyini bildirib.

 

Konfransda UNEC-in SABAH qruplarının gənc müəllimləri Aqil Əzizov və Qənirə İbrahimova “SDG in Azerbaijan”, IV kurs tələbəsi İlkin Rüstəmzadə isə “İmpact of institutions on economic behaviour” movzularında çıxış ediblər.

 

Konfrans işini plenar iclaslarda davam etdirib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hondurasda təyyarə qəzası: 6 ölü 19 May 2019, 11:02 Adı özündən çox yaşayacaq şair… 19 May 2019, 10:57 Məhşur rejissor: “İlk işim tualet təmizləmək oldu” - MÜSAHİBƏ 19 May 2019, 10:49 Gürcüstanda seçkilər keçirilir 19 May 2019, 10:41 Ermənilər cəbhədə təxribatlara davam edir 19 May 2019, 10:32 Azərbaycanda çəkilən “Stalinin qaranlıq keçmişi” filmi 4 festivalda uğur qazanıb 19 May 2019, 10:24 Ölüm ayağında ona xəyanət etmiş ərini arzulamışdı - 29 yaşında dul qalan məşhur - FOTOLAR 19 May 2019, 10:03 Saatlıda 80 yaşlı kişi özünü güllələdi - SƏBƏB 19 May 2019, 10:01 ABŞ Azərbaycana QADAĞA qoya bilər   19 May 2019, 09:53 Bakıda ana və azyaşlı qızı itkin düşdü 19 May 2019, 09:33 Bu gün II və III qrupları üzrə qəbul imtahanı keçirilir 19 May 2019, 08:52 Bakıda 77 yaşlı qadın yanğında öldü 19 May 2019, 00:49 Elektron sənədlərin qeydə alınması proseduru dəyişib 19 May 2019, 00:33 Helikopter qəzasında iki nəfər öldü 19 May 2019, 00:14 “Avropa Birliyi Azırbaycanla əməkdaşlıqda maraqlıdır” - Sona Əliyeva 18 May 2019, 23:57 “Zağulba Mall”da yanğın söndürüldü – Rəsmi 18 May 2019, 23:29 “Eurovision 2019” müsabiqəsi başa çatdı - Niderland təmsilçisi qalib olub 18 May 2019, 23:09 İnam Kərimov Goranboyda  fermerləri dinlədi - FOTO 18 May 2019, 22:53 Zağulbadakı yanğında 2 FHN əməkdaşı xəsarət aldı 18 May 2019, 22:36 Neft hasilatının azaldılması üzrə OPEK+ razılaşmasının müddəti uzadılır 18 May 2019, 22:12 Çingiz Mustafayevdən dünya azərbaycanlılarına müraciət - VİDEO 18 May 2019, 21:49 Qum fırtınası səbəbindən şagirdlər təxliyə edildi 18 May 2019, 21:28 Azyaşlı yol qəzasının qurbanı oldu 18 May 2019, 21:07 Bakıda ticarət mərkəzində yanğın: Xəsarət alanlar var - VİDEO 18 May 2019, 20:47 Penitensiar Xidmət təkzib etdi: Cərimə təcridxanasında deyil 18 May 2019, 20:32 Oqtay Əsədov Zelenskinin andiçmə mərasiminə qatılacaq 18 May 2019, 20:18 İranda qadın futbolçular bunu da etdi - FOTOLAR 18 May 2019, 20:00 İlham Əliyev kamerunlu həmkarını təbrik etdi   18 May 2019, 17:25 Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyi qeyd ediləcək 18 May 2019, 17:01 Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı 18 May 2019, 16:59 Jurnalist Fuad Abbasov Moskvada saxlanıldı - deportasiya edilir  18 May 2019, 16:54  “Komandir” Ağdamda - FOTOLAR 18 May 2019, 16:42 Koçaryan azadlığa buraxıldı 18 May 2019, 16:33 Qlobal Jurnalistlər Birliyi: Akkreditasiya problemləri həll ediləcək 18 May 2019, 16:11 “Nə yaxşı görüşdük, nə yaxşı yenə” – Ənvər Rza anıldı - VİDEO 18 May 2019, 16:03