Modern.az

Məktəbdə silahlı insident - bir nəfər ağır yaralandı

Məktəbdə silahlı insident - bir nəfər ağır yaralandı

25 May 2018, 21:32

Mayın 25-də ABŞ-ın İndiana ştatının Noblsvill şəhərində yerləşən məktəblərin birində baş verən silahlı insident nəticəsində iki nəfər – 13 yaşlı məktəbli və orta yaşlı insan xəsarət alıb. Yaralılar təcili olaraq yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir.

 

Modern.az  xəbər verir ki, bu barədə ştat polisinin ictimai informasiya məsələləri üzrə əməkdaşı Con Perrin bildirib. Onun sözlərinə görə, atəş açan şəxs saxlanılıb. Cinayətin motivləri barədə hələlik heç bir məlumat verilmir.

 

Xatırladaq ki, bir həftə əvvəl ABŞ-ın Texas ştatının Santa-Fe şəhərində yerləşən məktəbdə 17 yaşlı şagird atəş açaraq 10 nəfəri qətlə yetirmiş, bir o qədər insanı da yaralamışdı.

 

CNN telekanalının məlumatına əsasən, Noblsvilldə baş verən hadisə ilin əvvəlindən bəri ABŞ məktəblərində qeydə alınan artıq 22-ci oxşar insidentdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir