Arxiv
14 İyun 2018, 11:18 | AKTUAL
Nazirlikdən qarayara ilə bağlı XƏBƏRDARLIQ

2018-ci il yanvarın əvvəllərindən etibarən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq qaramal və davarların, təkdırnaqlı heyvanların, donuz və dəvələrin qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə start verilib.

 

Bu haqda Modern.az-a nazirlikdən bildirilib.

 

Bu ilin 5 ayı ərzində qarayara xəstəliyinə qarşı 2551996 baş iribuynuzlu, 7353609 baş xırdabuynuzlu, 88087 baş təkdırnaqlı, 6995 baş donuz və 105 baş dəvə peyvənd olunub. Hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri (cavan heyvanlar istisna) yekunlaşıb. Cavan heyvanlarda peyvəndləmə isə cari ilin 3-cü  kvartalında aparılacaqdır.

Maariflənmə üçün bildirək ki, qarayara ev və vəhşi heyvanlar, həmçinin insanlar üçün təhlükəli olan bakteriya mənşəli xəstəlikdir. Xəstəliyə gövşəyən heyvanlar yırtıcılara nisbətən daha həssasdır. Xəstəliyin törədicisi həssas orqanizmə alimentar (qidalanma yolu) yol ilə zədələnmiş selikli qişalardan və ya dəridən keçir. Xəstəliyin mənbəyi əsasən bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin basdırıldığı torpaq hesab olunur, ona görə ki, b.anthracis sporları, ətraf mühit şəraiti və dezinfeksiyaya qarşı davamlı olub,  torpaqda illərlə qala bilər. Leşyeyən quşlar da torpağı çirkləndirə bilər, çünki qarayaraya yoluxmuş cəsədləri yeyib bir sahədən digərinə yaya bilərlər. Yoluxmuş heyvanların  qurudulmuş və ya digər yollarla işlənilmiş dəri və gönləri illərlə sporlar tərəfindən sığınacaq kimi istifadə oluna bilər və bu da xəstəliyin yayılmasına gətirib çıxara bilər.

 

Qarayaraya şübhəli cəsədləri yarmaq  qadağandır. Heyvan cəsədinin yarılması sporların yayılmasına gətirib çıxarır və yaran şəxs üçün xəstəliyə yoluxma səbəbi ola bilər.

Xəstəliyə diaqnoz qoyulduqda təcili olaraq karantin elan edilir və mövcud baytarlıq qaydalarına əsasən tədbirlər həyata keçirilir.

 

Qarayara əleyhinə vaksinasiya  hazırda "Ştam-55"  əsasında hazırlanmış peyvənd ilə aparılır. İnəklər, qoyunlar, keçilər, atlar və dəvələr ildə bir dəfə peyvənd edilir, epizootik durum gərginləşərsə, bütün kliniki sağlam heyvanlarda təlimat əsasında peyvəndləmə aparılmalıdır. Heyvan tələf olduqda isə onun cəmdəyi təcrid olunur və səlahiyyətli baytar həkiminin göstərişi ilə təlimat əsasında müvafiq üsullarla məhv edilir. Xəstəliyə şübhəli heyvanlara hiperimmun serum və ya immonoqlobulinlə yanaşı, antibiotik və simptomatik müalicə vasitələri tətbiq edilməlidir. Karbunkul və ya şiş olduqda həmin nahiyənin ətrafına da serum vurulmalıdır. Hiperimmun serum və immunoqlobulin təlimata uyğun istifadə edilməlidir.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən qarayara xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tibb Universitetində bir İLK - Hibrid müdaxilə icra olundu 20 May 2019, 15:20 İsgəndər Həmidov əməliyyat üçün xaricə aparılır 20 May 2019, 15:13 AzTV hərbi vətənpərvərliklə bağlı yeni layihəyə başlayır 20 May 2019, 14:59 Deputat seçiciləri dinlədi   20 May 2019, 14:58 Ömürlük məhbuslara görə Prezidentə müraciət edildi 20 May 2019, 14:40 Sahibkarlıq subyektləri niyə bağlanır? - Deputat fakt açıqladı, iqtisadçı şərh etdi 20 May 2019, 14:34 Havar Məmmədov Gürcüstana getdi – azərbaycanl təlbələrlə görüşdü 20 May 2019, 14:32 Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq 20 May 2019, 14:25 Bakıda gülməli küçə adları: Sallaqxana, Kərpic, Zavod, Pioner,  Komsomol… 20 May 2019, 14:21 Koordinasiya Şurası İtaliyada “Azərbaycan Evi” yaradacaq 20 May 2019, 14:09 Nazirlik: “Sosial proqramların uğuru bəzi dairələrdə dərin narahatlıq yaradıb” 20 May 2019, 13:45 Kamal Abdulla Hindistan səfiri ilə görüşdü   20 May 2019, 13:40  “Nar” gənclərə iş imkanları təklif edir 20 May 2019, 13:39 “AzerGold” QSC Finlandiya təcrübəsini nəzərdən keçirir 20 May 2019, 13:37 Sabah yağış yağacaq - PROQNOZ 20 May 2019, 13:36 Arvadı və qızını bıçaqlayan şəxs tutuldu 20 May 2019, 13:27 Nazir: “AvroLiqanın finalı ilə bağlı mədəniyyət müəssisələri turistləri qarşılamağa hazırdır” 20 May 2019, 13:27 Kürdəmirdə DƏHŞƏT: Ata 2 yaşlı qızını öldürdü 20 May 2019, 13:24 Arif Məlikovun heykəli üçün Komissiya yaradılacaq 20 May 2019, 13:24 Mehriban Əliyeva Azərbaycan xalqına xoş arzularını çatdırıb 20 May 2019, 13:21 Paşinyan xəyanət İZİNDƏ: “Onlar Qarabağı satmağa hazırdır” 20 May 2019, 13:17 “Seçicilərimdən başqa, kiminsə qarşısında öhdəliyim yoxdur” - MÜSAHİBƏ 20 May 2019, 13:11 XİN Misirdə saxlanılan azərbaycanlı HAQDA 20 May 2019, 13:10 Xınalıqdakı muzey bələdçisinin möhtəşəm ifası - VİDEO 20 May 2019, 13:07 Azərbaycanda zəfəran yetişdirən əmək resursları dağılıb - PROBLEM 20 May 2019, 12:51 Ramiz Rövşənə “Avrasiya Əfsanəsi” mükafatı verildi   20 May 2019, 12:47 Ukraynanın müdafiə naziri istefa verdi 20 May 2019, 12:40 Gözlər yoldan yığılarmı... - XIX YAZI 20 May 2019, 12:23 İspaniya Azərbaycanlıları Koordinasiya Şurası yaradıldı   20 May 2019, 12:14 Avropa Liqasının finalına görə daşıyıcılara tapşırıq verildi 20 May 2019, 12:08 Ukraynanın yeni prezidenti and içdi - Rada buraxıldı 20 May 2019, 11:55 Şəmkirdə icra başçısının “fərasəti” sayəsində insanların torpaqları əlindən çıxır 20 May 2019, 11:50 Abbasqulu ağa Bakıxanovun Quranı, möhürü – REPORTAJ   20 May 2019, 11:35 “20 gün erməni girovluğunda - Qarabağ həqiqətləri”  filminin çəkilişi başlayıb 20 May 2019, 11:25 Xoca Əhməd Yəsəvinin həyatı - IV YAZI 20 May 2019, 11:20