Modern.az

Deputat Makedoniyaya getdi

Deputat Makedoniyaya getdi

Aktual

27 İyun 2018, 16:30

İyunun 27-dən 29-dək Makedoniyanın Skopye şəhərində NATO Parlament Assambleyasının 98-ci Rouz-Rout seminarı keçiriləcək.

Modern.az-ın məlumatına görə, sessiyada Azərbaycanı Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Kamran Bayramov təmsil edir.

Qərbi Balkanların avro-atlantik inteqrasiyası: Avropanın sülh layihəsinin gücləndirilməsi” mövzusuna həsr olunmuş seminarda Qanunun aliliyinin möhkəmləndirilməsi, Administrasiya və məhkəmə sahəsində islahatlar, Korrupsiyaya qarşı mübarizə, Miqrasiya böhranı, Müdafiə və təhlükəsizlik sektorunda islahatlar, İctimai rəyin yaradılmasında dezinformasiyanın və yanlış məlumatların rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Deputat müzakirə olunacaq mövzular barədə çıxışlar edəcək, qeyd və təkliflərini bildirəcək.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı