Modern.az

Rusiya "quş qripi" və tauna görə bu ölkədən quş əti idxalını DAYANDIRDI

Rusiya "quş qripi" və tauna görə bu ölkədən quş əti idxalını DAYANDIRDI

Aktual

27 İyun 2018, 18:04

Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti Nepaldan heyvan və quş əti idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məhdudiyyət iyunun 25-dən qüvvəyə minib.

Qərara səbəb Nepal ərazisində dabaq, yüksək patogenli "quş qripi" və taun xəstəliklərinin yayılması olub.

Bununla əlaqədar, Nepaldan Rusiyaya diri heyvan və quş, ət və ət məmulatları, yumurta idxalı müvəqqəti qadağan edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı