Modern.az

Xarkovdakı azərbaycanlılar  Aleksandr Mişonu yad etdilər

Xarkovdakı azərbaycanlılar  Aleksandr Mişonu yad etdilər

Aktual

1 Avqust 2018, 13:24

Hər il avqust ayının 2-də Xarkov vilayətində yaşayan azərbaycanlılar ölkəmizin kino sənətinin banisi xarkovlu Aleksandr Mişonun xatirə lovhəsi önünə çişək və gül dəstələri qoyurlar.

 

Modern.az-ın xəbərinə görə, onun kinematoqrafiya sahəsindəki kəşfləri Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev tərəfindən 18 dekabr 2000-ci ildə 2 avqustu Azərbaycan Milli kinosu Günü kimi bayram edilməsi haqda Sərəncam verməsi üçün əsas verib.

 

Bu tarix təsadüfən seçilməyib. Çünki Azərbaycan kinematoqrafiyasının tarixi 1916-cı ildə “Neft və millionlar səltənəti” filminin ekrana çıxmasından çox-çox əvvəl başlayır. Çoxlarının bu hadisəni Azərbaycan kino sənətinin başlanılması kimi hesab etmələrinə baxmayaraq ilk “hərəkət edən şəkillər” ölkənin ekranlarına 1898-ci ildə çıxıb.O zaman Lyümer qardaşlarının bu incəsənət növünü yaratmalarından cəmisi üç il keçdikdən sonra “təkmilləşdirilmiş kinematoqraf” Bakıda tamaşaçılara fransız filmlərinin nümayişi ilə  mövcud olub. Yerli kino lentlərinin ilk açıq nümayişi  1898- ci ilin 2 avqustunda olub. Bunu fotoqraf Aleksandr Mixayloviç Mişon  təşkil edib. O doğma Bakıdan bəhs edən kino syüjetləri çəkib nümayiş elətdirib. Bunların içərisində “Bibiheybətdə yanğın”, “Balaxanı-Sabınçı mədənində neft fontanı”, “Qafqaz rəqsi” və digərləri var idi.

 

Azərbaycan kinosunun 115  və A.M.Mişonun anadan olmasının 155 illiyi qeyd edildiyi ərəfəsində  (2013-cü il)  Azərbaycan və Ukraina arasında mədəni əlaqələrinin genişləndirilməsi məgsədiylə Xarkov vilayətinin “Dostluq” Azərbaycan-Ukraina dostluğu cəmiyyətinin idarə heyəti (sədr- Murad Ömərov) Xarkov şəhərində A.Mişonun  xatirəsini əbədiləşdirməsi barəsində qərar qəbul edib.

 

Bununla əlaqədar olaraq “Dostluq” cəmiyyəti “Xarkov yasəməni” qısa metrajlı kino V Beynəlxalq festivalı  çərçivəsində (2013-cü il) “Aleksandr Mişon. Fotoqraf. Nəşriyyatçı.Kinematoqrafist.” kitabının təqdimatını keçirərək A. Mişonun XIX əsrin sonunda çalışdığı evdə (Xarkov şəhəri, Slesarnıy döngəsi,1) onun Xatirə lövhəsinin açılmasını təşkil etdi.

 

Bu kitabın həmmüəlliflərindən biri “Dostluq” cəmiyyətinin idarə heyətinin üzvü, iqtisad elmləri doktoru, professor Şahin Ömərov olub ( müəlliflər: Vladimir Mislavcki, Arkadi Xilkovski, Tamara Hümbətova). Kitab “Dostluq” cəmiyyətinin təçkilatçılığı və maliyələşdirməsi vasitəsiylə nəşr edilib.

 

Kitabda XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda, Xarkovda, İzyümdə və Slavyanskda işləmiş görkəmli fotoqraf, nəşriyyatçı və Azərbacan kinosunun pioneri A.Mişonun həyatından bəhs edən nadir faktlar var.  Uzun müddət A.Mişonun taleyi barədə məlumat çox az olub. Ancaq müəlliflər tərəfindən aşkar edilmiş arxiv materialları görkəmli fotoqraf, nəşriyyatçı və Azərbacan kinosunun pioneri barədə faktların işıq üzü görməsinə imkan verir. Kitabda şəxsi arxivlərdən olan çoxlu miqdarada şəkilli materiallar təqdim edilir (onların çoxu ilk dəfədir ki, nəşr edilir).

 

Bu layihə çərçivəsində həmçinin  A.M.Mişonun memorial xatirə lövhəsinin açılışı olub.

 

Bu memorial xatirə lövhəsinin müəllifi “Dostluq” cəmiyyətinin idarə heyətinin üzvü, Ukrainanım xalq rəssamı, Azərbaycanın əməkdar rəssamı, Xarkov Dövlət  dizayn və incəsənət akademiyasının heykəltəraşlıq kafedrasının müdürü Seyfəddin Qurbanovdur.

 

Azərbaycandan tədbirdə iştirak etməyə gəlmiş Azərbaycan Respublikasının kinematoqraflar birliyinin katibi Yusif Quliyev, Azərbaycanın Ukrainadakı Fövqəladə və Sələhiyyətli səfirinin müşaviri Nazim Əliiyev kitabın müəlliflərinə- kinotənqidçisi Vladfimir Mislavskiyə. Arkadi Xilkovskiyə və Şahin Ömərova öz minnətdarlıqlarını bildirdilər.

 

Aleksandr Mişonun Rusiyanın Voronej şəhərindən gəlmiş nəticəsi, iqtisad elmləri doktoru, Voronej Dövlət universitetinin professoru Yelena Vitaliyevna Mişon kitabın müəlliflərinə, “Dostluq” cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərova,kitabın həmmüəllifi Şahin Ömərova  və memorial xatirə lövhəsinin müəllifi Seyfəddin Qurbanova dərin minnətdarlığını söylədi.

 

Yusif Quliyev Şahin Ömərova Azərbaycan Respublikasının kinematoqraflar birliyinin təşəkkürünü təqdim etdi.

 

Beləliklə, 2 avqust yalnız Azərbacan və Xarkov vilayətində yaşayan azərbaycanlılar üçün deyil, həmçinin də öz yerliləri Alrksandr Mişonla fəxr edən xarkovlular üçün də əlamətdar tarix oldu və onlar Azərbaycanla Ukraina arasında mədəniyyət əlaqəlarinin genişləndirilməsi sahəsində  böyük fəaliyyət göstərən, həmyerlilərinin xatirəsinə böyüq qayğı ilə yanaşan xarkovlu azərbaycanlılara öz təşəkkürlərini bildirirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir