Modern.az

Komitə sədri QAT-ın Usubovla bağlı bəyanatına münasibət bildirdi

Komitə sədri QAT-ın Usubovla bağlı bəyanatına münasibət bildirdi

Parlament

15 Oktyabr 2011, 13:13

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbəri Akif Nağının daxili işlər naziri Ramil Usubovun Ermənistanda MDB daxili işlər nazirlərinin görüşünə qatılması ilə bağlı verdiyi bəyanata münasibət bildirib.

Modern.az saytına açıqlamasında deputat deyib ki, Azərbaycanın dövlət adamlarının, millət vəkillərinin beynəlxalq tədbirlər çərçivəsində Ermənistana səfər etmələrində qeyri-adi heç nə yoxdur: “Biz ancaq torpaqlarımızın işğaldan azad olunmasına qədər xalq diplomatiyası adı altında keçirilən görüş  və müzakirələrə qatılmağın əleyhinəyik. Bu isə tamam başqa mövzudur.

Odur ki, daxili işlər naziri Ramil Usubovun tarixi Azərbaycan torpaqlarına-Ermənistana getməsinin əleyhinə olan QAT bəyanatı bu dəfə heç bir etiket normalarına sığmayan yersiz münasibətdir”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü