Arxiv
18 Oktyabr 2018, 19:42 | AKTUAL
Ölsəm, ərə get!

Hər çıxılmaz durumda beynimi gərəksiz fikirlər altında əzilməkdən qoruyan, üstəlik yetərincə cazibədar hesab etdiyim bir söz var- lakonik.

Çünki bu kəlmənin kökünün haradan gəldiyini bilirəm.

Sən demə, qədim Yunanıstanda Lakonika adlı vilayət olub. Aristokratların şəhəri Sparta da onun ərazisində yerləşib. Sokrat lakonikalılardan bəhs edərkən, onlarla ilk görüşdən dil tapmağın mümkünsüzlüyünü vurğulayırdı. “Sizə elə qısa cavab verəcəklər ki, öncə heç bir şey anlamayacaqsınız. Azca düşündükdən sonra xəsisliklə seçilən kəlmələrin dərin məna yükünə tab gətirə bilməyən körpə uşaq kimi əzildiyinizi dərk edəcəksiniz. Belə çıxır ki, Sokrata inansaq, fikir konkretliyi, nitq yığcamlığı qəlbin müdrikliyinə işarədir. Mən filosoflar tanrısına Makedoniyalı Filipp (İskəndərin atası) kimi inanmağı seçərdim.

Günlərin bir günü Gözəl Filipp (deyilənə görə çox yaraşıqlı imiş) lakonikalılara xəbərdarlıq məktubu yollayır: “Bütün Yunanıstanı istila edəcəm. Dünyanın ən güclü qoşunu məndədir. “Tələb edirəm ki, xoşluqla təslim olasınız. Yoxsa öncə qala divarlarınızı başınıza uçuracam, sonra əhalinizi yerlə yeksan edəcəm. Şəhəriniz torpağa qarışanadək sizdən əl çəkməyəcəm".

Lakoniyalılar Makedoniya hökmdarına “Kaş ki” sözündən ibarət cavab məktubu yazırlar. Vaxt keçir, zaman dövr edir, nə yaraşıqlı Filipp, nə də dünyanı fəth edən oğlu İskəndər Lakonikanın həndəvərinə yaxınlaşa bilirlər.

Çox düşünüb az danışan lakonikalılar nadir hallarda savaşlarda yenilirdilər. Onların çöküşünə düşmənləri də heyran qalırdı. Məsələn, farslara uduzan fikir əhlində ölümün belə sarsıda bilməyəcəyi ruh yüksəkliyi vardı. Düşmənin məğlub tərəfə silahlarınızı atın, canınızı bağışlayaq xəbərdarlığına Hökmdar Leonid “gəlin, alın” deyə cavab verir.

İnanırsınız, bu gözəl millətin qadınları da lap azca danışarmışlar. Əsl möcüzə bu deyilmi? Elə həmin hökmdar Leonid müharibəyə gedən dəmdə arvadı ilə arasında Nildən də uzun dialoq yaşanır.

- Ölsən nə edim?

 

+ Ərə get. Sağlam uşaqlar doğ!

Zaman keçdikcə insan şüuru, düşüncəsi aliləşdikcə lakoniklik bütün sahələrə sirayət etməyə başladı. Məsələn, birinci dünya müharibəsindən sonra Yaponiyadan Avropaya yeni inşaat tendensiyası gəldi. Rəngarəng, əl işləri ilə zəngin divarları, tavanları sadə otaqlar əvəzlədi. Bu üslub ilk baxışdan çox darıxdırıcı görünsə də, insanlar sınaqdan keçirəndən sonra anladılar ki, əslində sadəlik təmizliyin, rahatlığın simvoludur. Bəli, lakoniklik Buddanın özüdür. Budda isə tanrıdır. Demək içimizə, qorxumuza, duyğularımıza hakim tanrılar da konkretliyi sevir. Məsələn, mənən paklaşmaq üçün nəhəng marketoloqlar tərəfindən cahil yerinə qoyularaq uzaq məsafələr qət etməyə, pulla daş alıb şeytanı döyməyə gərək yoxdur. Sahildən cibinizə bir neçə çınqıl doldurub, dənizlə döyüşərək içinizdəki şeytandan qurtula bilərsiniz. Üstəlik tanrı sizə dənizi də, daşı da təmənnasız sunur.

Minimalizm dediyimiz anlayış bu gün fotoqrafiyada da ayaq açıb yeriyir. Psixoloqlar düşünürlər ki, kadra düşən nəsnələrin sayı artdıqca həm fotoqraf, həm də izləyici "nəyi qabardım"la "nəyə baxım" arasında dolaşıb qalırlar.

Lakoniklikdən danışırıqsa, ədəbiyyatı söhbətə qatmamaq günah olar.

Bir gün Fyodr Dostoyevski qardaşına məktub yazır. Sonda isə: “Əziz qardaşım, məni bağışla, zamanın məhdudluğundan məktubu uzun yazdım” deyir.

Əslində bu cümlədə ədibin nəhəng yaradıcılığı boyda dərin məna yatır. Axı, sözü qənaətlə, hətta azca xəsisliklə xərcləmədən, ağırlığını dərk edib, məna yükünü daşımadan onunla doğmalaşmaq olmur.

Dostayevskidən heç də geri qalmayan Çexov isə konkretliyi istedadın bacısı adlandırır.

Hərdən mənə elə gəlir ki, qarşındakı insanı dinləmək özünə tab gətirmək bacarığıdır. İllər öncə alimlər də sübut etdilər ki, həmsöhbəti nə qədər maraqlı danışırsa-danışsın, hətta dünyanın sinir hüceyrələrindən ən zəngin dinləyicisinin belə 15 dəqiqənin tamamında fikri yayınır.

Söhbətini balla kəsim, ay xala, deməyim odur ki, bir az qısa kəs.

 

Leyla Sarabi

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
1000-dən çox sərnişin 3 saat metro tunelində qaldı 22 May 2019, 00:47 Zelenski biznes ortağını özünə köməkçi təyin etdi 22 May 2019, 00:22 Saakaşviliyə ittiham: Həyat yoldaşını öldürmək istəyib 22 May 2019, 00:03 Azərbaycan nefti ucuzlaşıb 21 May 2019, 23:52 Azərbaycanda zəlzələ oldu 21 May 2019, 23:34 Tornado 10 saniyədə şəhəri xaraba qoydu 21 May 2019, 23:12 İstanbulda 74 FETÖ  tərəfdarı saxlanıldı 21 May 2019, 22:55 “Ermənistan idmanı siyasət alətinə çevirir” - XİN 21 May 2019, 22:37 Bakıda yeniyetmə qız itkin düşüb 21 May 2019, 22:26 ABŞ pilotsuz yük maşınlarının sınağına başladı 21 May 2019, 22:01 Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək 21 May 2019, 21:43 Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 21 May 2019, 21:25 Mərmərə dənizi sahillərində zəlzələ 21 May 2019, 21:11 Təbii qaz bahalaşdı 21 May 2019, 20:59 Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər 21 May 2019, 20:43 Ukrayna növbədənkənar parlament seçkilərinə gedir 21 May 2019, 20:31 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 21 May 2019, 20:15 Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izlədi - VİDEO, FOTOLAR 21 May 2019, 20:01 “Taliban”a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi 21 May 2019, 19:25 Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək 21 May 2019, 19:12 Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var 21 May 2019, 18:54 Məmmədyarov Kolumbiyanın yeni səfirini qəbul etdi 21 May 2019, 18:43 Poroşenkoya cinayət işi açıldı 21 May 2019, 18:27 Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edildi 21 May 2019, 18:03 Dolların məzənnəsi dəyişmədi 21 May 2019, 17:46 Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü 21 May 2019, 17:37 Azərbaycanda faktiki hava ŞƏRAİTİ 21 May 2019, 17:34 Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi 21 May 2019, 17:26 Dünya mediası azərbaycanlı rəssamdan yazır 21 May 2019, 17:20 Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək 21 May 2019, 17:13 50 milyon "İnstagram" istifadəçisinin məlumatları internetə sızdı 21 May 2019, 17:06 Qazaxda ölü heyvan satışının qarşısı alındı - FOTO   21 May 2019, 17:05 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi   21 May 2019, 17:00 Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı 21 May 2019, 16:50 Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ 21 May 2019, 16:47