Modern.az

İlham Əliyev keçmiş səfiri yeni vəzifəyə təyin etdi

İlham Əliyev keçmiş səfiri yeni vəzifəyə təyin etdi

19 Fevral 2019, 14:42

Prezident İlham Əliyev fevralın 19-da Fərid Rauf oğlu Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Modern.az-ın məlumatına görə, F.Şəfiyev bu təyinatadək 2014-cü ildən Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri işləyirdi. 

O, ölkə başçısının müvafiq sərəncamı ilə elə bu gün - fevralın 19-da Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Fərid Rauf oğlu Şəfiyev 1969-cu ildə Bakı şəhərində anadan olub. 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 2002-2003-cü illərdə Harvard Universiteti, Kennedi Dövlət Məktəbinin dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. 2009-2015-ci illərdə Karlton Universitetində tarix üzrə elmlər doktoru (PhD) dərəcəsini alıb. 

1996-cı ildən Xarici İşlər Nazirliyi sistemində işləyir. 1998-2001-ci illərdə Azərbaycanın BMT yanındakı Nümayəndəliyində çalışıb. 2009-2014-cü illərdə Azərbaycanın Kanadada, 2014-cü ildən bu günə kimi Çexiyada səfiri işləyib.

F.Şəfiyev ingilis, rus, türk dillərini bilir

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir