Arxiv
21 mart 2019, 11:04 | AKTUAL
İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvar-fevral aylarında  Azərbaycana dünyanın 152 ölkəsindən 364,2 min və ya 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar-fevral aylarında  Azərbaycana gələnlərin 29,8 faizi Gürcüstan, 27,6 faizi Rusiya Federasiyası, 12 faizi Türkiyə, 5,8 faizi İran, 3,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,5 faizi Pakistan, 1,4 faizi İraq, 14,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 72 faizini kişilər, 28  faizini isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar-fevral aylarında gələnlərin sayında daha çox artım Misir (2,8 dəfə), Hindistan (1,8 dəfə), Pakistan (1,8 dəfə), Türkmənistan (1,6 dəfə), Macarıstan (47,7 faiz), Çin (32,7 faiz), Yaponiya (32,3 faiz), Oman (24,4 faiz), Cənubi Koreya (23,8 faiz), Gürcüstan  (23,7 faiz) və Polşa (21,3 faiz) vətəndaşları arasında qeydə alınıb.

2019-cu ilin yanvar-fevral aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 faiz artaraq 11,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 0,9 faiz azalaraq 121,9 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,9 faizi dəmir yolu və avtomobil, 35,2 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.

2019-cu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz artaraq 731,6 min nəfər olub. Ölkə vətəndaşlarının 36,5 faizi İrana, 26,2 faizi Gürcüstana, 18,4 faizi Rusiya Federasiyasına, 9,8 faizi Türkiyəyə, 1,1 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 7 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 67,7 faizi kişilər, 32,3 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 7,3 faiz, Gürcüstana gedənlərin sayı 7 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,9 faiz  artıb.

Cari ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 83  faizi dəmir yolu və avtomobil, 16,1 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yol polisindən “plyonka xəbərdarlığı: “Heç kimə güzəşt olmayacaq!” 26 İyun 2019, 13:48 Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutulub   26 İyun 2019, 13:25 Xırdalanda azyaşlını vurub qaçan sürücü saxlanıldı   26 İyun 2019, 13:10 Hacı Əliyev erməni rəqibini 6:0 hesabı ilə məğlub etdi 26 İyun 2019, 13:07 Məhərrəm Quliyev “Cümə” məscidi ilə bağlı tövsiyə verdi 26 İyun 2019, 13:03 Bakıda 12 nəfərin zəhərləndiyi dönərxana ilə bağlı RƏSMİ AÇIQLAMA 26 İyun 2019, 12:53 Mətbuat Şurası Əməkdar jurnalistlə bağlı nekroloq imzalayıb   26 İyun 2019, 12:48 Silahlı Qüvvələr Günü Goranboyda - FOTOLAR 26 İyun 2019, 12:44 Qubada itkin düşən azyaşlı tapılaraq valideyninə təhvil verilib   26 İyun 2019, 12:40 Azərbaycan və Mərkəzi Asiya turizm assosiasiyaları əməkdaşlığa başlayır 26 İyun 2019, 12:36 Sabah 40 dərəcə isti olacaq, yağış yağacaq - HAVA PROQNOZU 26 İyun 2019, 12:28 Məmur kreslosundan elm və təhsilə transfer edən EKS-NAZİRLƏR 26 İyun 2019, 11:52 Borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanıldı 26 İyun 2019, 11:45 “Tam məhv edəcəyik...Daha heç bir Kerri, Obama olmayacaq!” 26 İyun 2019, 11:30 Rusiyada 42 yaşlı erməni güllələndi 26 İyun 2019, 11:21 Füzulidə Silahlı Qüvvələr günü qeyd olundu 26 İyun 2019, 10:59 Badamlı yeni istehsal sahəsi açır - FOTOLAR 26 İyun 2019, 10:52 Mehriban Əliyeva: “Ordu bizim dövlətçiliyimizin dayağıdır 26 İyun 2019, 10:48 Balaca kəndin böyük DİRƏNİŞİ 26 İyun 2019, 10:46 Türkiyədə avtobus qəzası – 10 ölü, 30 yaralı 26 İyun 2019, 10:40 Ümid sənədir ancaq, Azərbaycan əsgəri! - VİDEO 26 İyun 2019, 10:34 Fazil Məmmədovun vəziyyəti pisləşdi, xəstəxanaya yerləşdirildi 26 İyun 2019, 10:25 Çingiz Qənizadə seçicilərin problemlərini dinləyib 26 İyun 2019, 10:24 Türkiyə və Azərbaycan arasında hərbi saziş qüvvəyə minib 26 İyun 2019, 10:22 BÖYÜK ZƏFƏRƏ hazır Azərbaycan Ordusu... 26 İyun 2019, 10:16 Bir var idi, bir yox... - Varislər HAQQINDA 26 İyun 2019, 10:09 Xəzər dənizinin səviyyəsi 1 metrdən çox aşağı düşüb - Nazirlik 26 İyun 2019, 10:03 Təmas xəttində nisbi sakitlik hökm sürür 26 İyun 2019, 09:56 Konqres Trampa İranla müharibə etməyi qadağan etmək istəyir 26 İyun 2019, 09:26 Tarixdə iz qoyanlar: Bir generalın şərəfli ömrü... 26 İyun 2019, 09:19 Neft 66 dollardan baha satılır 26 İyun 2019, 09:09 Sumqayıtda 35 yaşlı qadını maşın vurub öldürdü 26 İyun 2019, 09:05 “Vəziyyət çox təcilidir” - Asim Mollazadə AŞPA-da Dilqəmlə Şahbazdan DANIŞIB 26 İyun 2019, 08:58 Jurnalist Ramilə Qurbanlının qardaşı vəfat etdi 26 İyun 2019, 08:46 Azərbaycanı ABŞ-da təbliğ edən türk professor 26 İyun 2019, 08:39