Modern.az

Ayfon istifadəçiləri üçün yenilik

Ayfon istifadəçiləri üçün yenilik

Aktual

22 Mart 2019, 21:26

İOS sistemli mobil qurğular da Votsapın müəssisələr üçün hazırladığı Votsap Biznes tətbiqindən istifadə edə biləcəklər.

Modern.az  xəbər verir ki, 2018-ci ilin əvvəllərində hazır olan tətbiq Votsapın əsas tətbiqinə çox bənzəyir. Android və noutbuklarda artıq istifadə edilən tətbiqdən yaxın vaxtlarda İOS istifadəçiləri də faydalana biləcəklər.

Qeyd edək ki, tətbiq bizneslə və ya kiçik sahibkarlıqla məşğul olanlar üçün geniş imkanlar təqdim edir. Belə ki, istifadəçilər bunun köməyi ilə müxtəlif mesajları avtomatik edə, sıralaya və avtocavab verə bilər. Bunun üçün istifadəçi müəssisəsi ilə bağlı profil yaradır, mail və şirkətin saytının ünvanını daxil edir. Tətbiq həmçinin istifadəçiyə neçə mesajın uğurla göndərildiyi barədə statistika da verir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır