Modern.az

Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı

Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı

Aktual

18 Aprel 2019, 18:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Xətai rayonu, M.Hadi küçəsi 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

Bu barədə ETSN-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Nazirlik qeyd edir ki, əraziyə keçirilən baxış zamanı yaşıllıq sahənin bir hissəsinin dəmir torla hasara alındığı, lakin ağac kəsintisi faktının olmadığı məlum olub:

 

"Araşdırma zamanı sözügedən ünvandakı 0,24 hektar yaşıllıq ərazinin yaşayış binasının tikintisi məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin 2013-cü il tarixli sərəncamı ilə vətəndaş Həsrət Temirova verildiyi müəyyən edilib. Ərazidəki ağacların köçürülməsi üçün mülkiyyətçi tərəfindən Dövlət Ekspertiza İdarəsinə müraciət edilsə də, ona müsbət rəy verilməyib".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır