Modern.az

Poroşenko siyasətdən getməyəcəyini açıqladı

Poroşenko siyasətdən getməyəcəyini açıqladı

21 Aprel 2019, 21:57

Ukraynada prezident seçkilərində məğlub olan hazırki prezident Petro Poroşenko sesvermənin nəticələrindən sonra brifinq keçirir.

Modern.az “Azərtac”a istinadən  xəbər verir ki, Poroşenko siyasətdən getməyəcəyini bəyan edib.

“Mən növbəti ayda dövlət başçısı vəzifəsini tərk edəcəyəm. Əhalinin çoxluğu bunu istədi. Mən ofisdən gedirəm, siyasətdən yox!. Bizim komanda həyata keçirdiyi siyasəti davam etdirəcək, buna əmin ola bilərsiniz. Ukraynanın inkişafı, uğurları üçün mübarizəmizi davam etdirəcəyik”, - deyə Poroşenko əlavə edib.

 

Poroşenko, həmçinin, çıxışı zamanı Vladimir Zelenskini qalib gəlməsi münasibətilə təbrik edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir