Modern.az

Ermənilər azərbaycanlı girovu  niyə əməliyyat etdilər...

Ermənilər azərbaycanlı girovu  niyə əməliyyat etdilər...

26 Aprel 2019, 09:53

Ermənistanın girovluğunda olan  azərbaycanlı  Elvin İbrahimov Yerevanın “Erebuni” klinikasında cərrahi əməliyyat olunub. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə işğalçı ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb. 

Erməni tərəfinin məlumatına görə, guya, müayinələr zamanı İbrahimovun təcili cərrahi müdaxiləyə məruz qaldığı müəyyən edilib. Keçirilən əməliyyat zamanı onun mədəsindən yad cisim çıxarıldığı bildirilir. 

Hazırda o, xəstəxanada müayinə olunur. Əməliyyat barədə Qırmızı Xaç Cəmiyyətinin Yerevan ofisinin də məlumatlandırıldığı qeyd olunur.Elvin İbrahimovun girovluqda təzyiqlərə  məruz qaldığı istisna deyil. Onun Yerevanda əməliyyat olunmağının  gerçək səbəbləri  heç də ermənilərin  dediyi kimi olmaya bilər. Mümkündür ki, Elvin İbrahimov  fiziki təqyiqlərə məruz qaldıqdan sonra  cərrahi əməliyyata götürülsün.Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari ilin mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyanberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər.Dövlət Komissiyası tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olmuşdur ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.Dövlət Komissiyası E.İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi