Modern.az

Nazirlik Lənkərandakı ana ölümünə görə həkimi təqsirləndirməyə tələsmir

Nazirlik Lənkərandakı ana ölümünə görə həkimi təqsirləndirməyə tələsmir

3 May 2019, 10:39

Lənkəran Mərkəzi Xəstəxanasında ana ölümü baş verib.

Modern.az-ın məlumatına görə, Osaküçəkənd sakini, 1979-cu il təvəllüdlü Quliyeva Vəfanə Kərim qızı mayın 1-də xəstəxananın doğuş şöbəsində qeysəriyyə əməliyyatı olunub. Lakin həki səhlənkarlığı səbəbindən daxili qanaxmaya diqqət edilməyib. Vaxtında qiymətləndirilməyyən qanaxmanın dayandırılması üçün ananın 2 may tarixində  iki dəfə təkrar cərrahi əməliyyata götürüldüyü bildirilir.

Mayın 2-dən 3-nə keçən gecə isə Quliyeva Vəfanə  dünyasını dəyişib.

Xəstə  müalicə həkimi mama-ginekoloq Cahangirova Sevda  tərəfindən əməliyyat olunub.

Modern.az hadisə ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb. Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, Lənkərandakı ana ölümündən xəbərdardırlar:

“Bu cür hadisələrdə həkimlərin günahlandırılmasını hər zaman müşahidə edirik. Lakin araşdırma aparılmalı, komissiya və istintaq qrupu rəy verdikdən sonra həkimin səhfi olub-olmadığı aydınlaşmalıdır. Bununla bağlı məlumatlar dəqiqləşdikdə məlumat veriləcək. Hələlik isə araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, vəfat edən ananın dünyaya gətirdiyi körpə qız sağdır.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir