Modern.az

Gənclər üçün Təhsil Mərkəzi birinci oldu

Gənclər üçün Təhsil Mərkəzi birinci oldu

Təhsil

11 Yanvar 2012, 17:23

Azərbaycanın ictimai sektorunda nüfuzlu internet səhifələrdən biri olan “resurs.az” bir ay öncə start verdiyi sorğunun nəticələrini açıqlayıb.
Sorğuda əsas məqsədi 2011-ci ildə ən effektiv fəaliyyət göstərən gənclər təşkilatını müəyyən etmək olan sorğuya 10 QHT-nin adı daxil edilmişdi.

Bu günlərdə bitən sorğuda ümumilikdə 2122 internet istifadəçisi iştirak edib.

Beləliklə, sorğunun nəticələrinə əsasən 40 faiz səslə Gənclər üçün Təhsil Mərkəzi qalib olub. Digər təşkilatlardan ikinci yeri 27,8 faizlə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı, üçüncü yeri isə 15 faiz səslə AİESEC-Azərbaycan Təşkilatı tutub.

Məlumat Modern.az saytına Gənclər üçün Təhsil Mərkəzindən daxil olub.  

Modern.az
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı