Modern.az

“Arsenal” - “Çelsi”: Finalda kimi dəstəkləyəcəksiniz: - Tanınmış azarkeşlər CAVAB VERDİ

“Arsenal” - “Çelsi”: Finalda kimi dəstəkləyəcəksiniz: - Tanınmış azarkeşlər CAVAB VERDİ

Aktual

24 May 2019, 14:23

Mayın 29-da Bakı möhtəşəm idman turnirinə ev sahibliyi edəcək. Söhbət Avropa Liqasının finalından edir. Həmin gün Bakı Olimpiya Stadionuna gedən tamaşaçılar “Arsenal” – “Çelsi” oyunuan canlı şahidlik edəcəklkər.

Qeyd edək ki, görüş ərəfəsində “Arsenal” klubunun erməni əsilli futbolçusu Henrix Mxitariyan ətrafında hay-küy yaratması, Bakıya yönəlik ittihamlarla çıxış etməsi, futbolu siyasətə qatması bəzi azərbaycan azarkeşlərin bu komandaya olan simpatiyasına son qoydu.

Maraqlıdır, “Arsenal”ın azarkeşləri çoxdur, “Çelsi”nin? Soydaşlarımız finalda  kimə azarkeşlik edəcəklər?

Modern.az bəzi tanınmış futbol azarkeşlərinin final haqqında rəylərini öyrənib. 


Milli Məclisin deputatı Aqil Abbas:
“Finali stadionda izləməyəcəm, çünki həm mənim sevdiyim komanda oynamayacaq, həm də televizordan izləməkdən daha çox zövq alıram. Buna baxmayaraq, yəqin ki, “Arsenal”ı  dəstəkləyəcəm. Məncə, bütün Azərbaycan da bu görüşdə Məsud Özilə görə “Arsenal”a azarkeşlik edəcək”.


“525 qəzet”in baş redaktoru Rəşad Məcid:
“Nəzərinizə çatdırım ki, iki komandanın heç birinə azarkeşlik etmirəm, amma “Liverpul” Bakıya gəlsəydi, Məhəmməd Salaha görə ona azarkeşlik edərdim. Mən oyuna televizorda baxacam. Hər halda, Bakıda belə futbol yarışının keçirilməsi yaxşı hadisədir. Çox güman oyunda “Çelsi” qalib gələcək”.

Qol.az saytının baş redaktoru Aydın Bağırov: “Əslində oyun barədə 2-3 gün sonra daha yaxşı danışmaq olardı, çünki komandalar final hazırlığı üçün əsas məşqlərə yeni başlayırlar. Mən maraqlı oyun gözləyirəm. Azarkeşlərin oyundan həzz alacağını düşünürəm. Əsas odur ki, Azərbaycan idmanı üçün də, ölkə üçün də yaxşı hadisə olacaq. Bu, Azərbaycanın idman  tarixində miqyasına görə ən böyük yarışıdır. Oyun ətrafında bu günə qədər yaranmış hər hansı siyası və başqa söz-söhbətlərin unudulub gedəcəyini düşünürəm və bu görüş Azərbaycan idman tarixində yaxşı bir hadisə kimi yaddaşlarda qalacaq. Mən bu iki komandadan heç birinn azarkeşi deyiləm, amma “Çelsi” komandasına bir az simpatiyam var deyə, onların qalib gəlməyini istəyərəm”.

Əməkdar məşqçi Ağasəlim Mircavadov:“ Bu yarışın ölkəmizdə keçirilməsi bizim üçün böyük bir xoşbəxtlikdir. Mənə görə statdionumuz Avropada  ən yaxşılardan biridir. Bu final bizim futbol bayramımız olacaq. Oyunun dünyanın bir çox ölkəsində yayımlanması, ölkəmizin daha da tanınması deməkdir. Bu iki klub çempionatda 100 ildən çoxdur rəqibdirlər, yəni bir-birlərini yaxşı tanıyırlar. Mən psixoloji cəhətdən daha yaxşı hazırlaşan, xarakter göstərən komandanın oyunda qalib gələcəyinə inanıram. “Arsenal”ın məşqçisinin AvroLiqada uğurlarının çox olmasını da bir amil kimi qiymətləndirmək olar.  Mən komandalara yox, yaxşı oyuna azarkeşlik edəcəm”.

Futbol hakim Əliyar Ağayev: “Hakimliyi kənara qoyub, bir azarkeş kimi çox sevinirəm ki, bu cür möhtəbər yarışın finalı Bakımızda keçirilir. Finalın öhdəsindən yerli təşkilat komitəsi, könüllülər və hər bir kəsin layiqincə gələcəyrinə inanıram, çünki birinci dəfə deyil ki, belə yarışlara ev sahibliyi edirik.
Finalda azarkeşi olduğum komanda yoxdur.  Biz hər zaman ingilis futbolundan nümunələr çəkirdik, ordakı sürətli oyundan bəhs edirik. Xoşbəxtlikdən biz onları finalda canlı izləmə imkanına sahib olacağıq, sanki bir Premyer Liqa oyununa baxar kimi.
Finalın “Arsenal” üçün daha əhəmiyyətli olduğunu düşünürəm, çünki Çempionlar Liqasına vəsiqəni təmin edə bilərlər, amma “Çelsi” bu tağşırığın çempionatda öhdəsindən gəlib. Maraqlı faktlardan biri odur ki, hər iki komanda bu stadionda bir dəfə oynayıb. Final görüşlərində favarit olmur.
Oyunu italyan hakimlər idarə edəcək. Baş hakim çox təcrübəlidirvə yiqn ki, bu onun son ili olacaq. Finalı da bəlkə də buna görə ona hədiyyə ediblər. Finalda ilk dəfə olaraq “var sistemi”ndən finalda istifadə olunacaq. Ölkəmiz bu faktla tarixə düşəcək”.

Novruz NOVRUZLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır