Modern.az

“Yenidən Bakıya gəlmək istəyirik” – Baş məşqçi

“Yenidən Bakıya gəlmək istəyirik” – Baş məşqçi

11 İyun 2019, 22:59

"İlk dəqiqələrdən əla oynadıq. Qol buraxmağımıza baxmayaq, yaxşı şanslar qazandıq. Matçı 5 qolla tamamladıq. Hər şeydən razıyam".

Modern.az  "Report"a istinadən xəbər verir ki, bu fikirləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanı 5:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

 

50 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan zəif komanda deyil:

 

"Biz yaxşı çıxış etdik. Rəqibə imkan vermədik. İordaniya ilə yoxlama matçında da əsas oyunçular istirahət etmişdi. Onlar bundan yaxşı istifadə etdilər".

 

Məşqçi kapitan Marek Hamşikin çıxışını yüksək qiymətləndirib:

 

"Ona görə çox sevinirəm. Yaxşı oyununa görə təbrik edirəm. Biz eyni gündə anadan olmuşuq".

 

Hapal Avropa çempionatına vəsiqə qazanacaqları təqdirdə yenidən Bakıya gəlmək istədiyini bildirib:

 

"Qazanılan 3 xalla yanaşı, vurulan və buraxılan qollar da önəmlidir. Bakı gözəl şəhərdir. Gözəl stadionunuzda yenidən oynamaq istərdik".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir