Modern.az

Yasamalda yaşayış binasında yanğın olub  

Yasamalda yaşayış binasında yanğın olub  

Aktual

12 İyun 2019, 18:55

Yasamalda yaşayış binasında yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən  Modern.az-a verilən məlumatına görə, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

 

İlkin məlumata əsasən, yaşayış binasının 6, 7 və 8-ci mərtəbələrinin eyvanlarından keçən plastik borular yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 17:49 dəqiqədə söndürülüb. Əlavə məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı