Modern.az

Qaxda kişi özünü bıçaqladı

Qaxda kişi özünü bıçaqladı

17 İyun 2019, 09:23

Bu gün səhər saat 07:00 radələrində Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Elgiz Ələddin oğlu Mahmudov qarın boşluğunun sağ nahiyəsində kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Qax rayonu Əmircan kəndində baş verib.

Əmircan kəndində yaşayan qayınatasıgilə qonaq gələn E.Mahmudov ailə münaqişəsi zənmində bıçaqla özünə xəsarət yetirib. E.Mahmudovun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir