Modern.az

Gəncədə ruhi xəstə yaşadığı evi yandırdı

Gəncədə ruhi xəstə yaşadığı evi yandırdı

Aktual

17 İyun 2019, 22:41

Gəncə şəhərinin Gülüstan qəsəbəsində ev yanıb.

Modern.az  "Report"a istinadən xəbər verir ki,  hadisə qəsəbədə məskunlaşmış, Kəlbəcər rayonundan məcburi köçkün, 1941-ci il təvəllüdlü Köçəri Nəriman oğlu Ağalarovaya məxsus evdə baş verib.

 

Nəticədə, ümümi sahəsi 110 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin 1 otağında yataq dəsti və evin tavanının 10 kvadratmetr sahəsi yanıb.

 

Hadisə yerinə Göygöl rayonundan və Gəncə şəhərindən ümumilikdə 4 yanğınsöndürən maşın cəlb olunub və yanğın tam söndürülüb.

 

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğını ev sahibinin ruhi xəstəlikdən əziyyət çəkən oğlu C.Ağalarovun törətdiyi ehtimal edilir.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!