Arxiv
12 İyul 2019, 11:10 | AKTUAL
Bakı Ali Neft Məktəbi məşhur universitetlə əməkdaşlığa başladı

Bakı Ali Neft Məktəbində (BANM) Amerika Birləşmiş Ştatlarının aparıcı ali təhsil müəssisələrindən olan Texas A&M Universiteti (TAMİU) və Laredo Kollecinin rəhbər şəxsləri ilə görüş keçirilib. Görüşün məqsədi hər iki ali təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsi və birgə proqramların həyata keçirilməsi olub.

 

Görüşdə Texas A&M Universitetinin tədqiqat və sponsor layihələri üzrə prorektor müavini Con Kilburn, Laredo Kollecinin prezidenti Ricardo J. Solis, kollecin nümayəndəsi Silviya de Zeon iştirak edib.

Qonaqlar ilk olaraq BANM-in kampusu ilə tanış olub. Onlara Ali Məktəbin təlim-tədris otaqları, çoxfunksiyalı labaratoriyaları, kitabxanası, konfrans və idman zalları barədə ətraflı məlumat verilib.

Öz növbəsində qonaqları salamlayan Elmar Qasımov onlara Ali Məktəbin əsas hədəfləri, məqsədləri, fəaliyyət strategiyası və tədris sistemi haqqında ətraflı məlumat verib.

 

Elmar Qasımov Azərbaycanda beynəlxalq standartlara, həmçinin sənayenin müasir tələblərinə cavab verən ingilisdilli yüksəkixtisaslı kadrların hazırlanmasında BANM-in rolunu qeyd edib.

 “Bakı Ali Neft Məktəbinə qəbul olunan tələbələr öz bilik və bacarıqları ilə fərqlənir. 2011-ci ildən etibarən ən yüksək bal toplayan tələbələr Bakı Ali Neft Məktəbini seçir. Digər tərəfdən BANM dünyanın neft-qaz, kimya mühəndisliyi və digər texniki elmlər üzrə ali təhsil verən müəssisələriylə sıx əməkdaşlıq edir. Bu gün BANM-in Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisaslarının məzunlarına Bakı Ali Neft Məktəbi ilə yanaşı, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin də diplomları verilir. Bu təcrübəni nəzərə alaraq tələbələrin Texas A&M Universitetində magistr təhsili, birgə elmi tədqiqatların aparılması, müəllimlərin distant və fiziki yolla tədris prosesinə cəlb edilməsi istiqamətində əməkdaşlığı  məqsədəuyğun hesab edirik”.

 

Texas A&M Universitetinin prorektor müavini Con Kilburn birgə tədqiqatların aparılmasına və tələbə mübadiləsinə maraqlı olduqlarını qeyd edib. O, əldə olunan razılaşmadan sonra birgə əməkdaşlıq əlaqələrini intensivləşdirməyin mümkünlüyünü bildirib.

Sonda Bakı Ali Neft Məktəbi ilə Texas A&M Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

 

Məlumat üçün bildirək ki, TAMİU 7500-dən çox tələbəyə incəsənət, elm, biznes administrasiyası, tibb kimi müxtəlif ixtisaslarda bakalavriat, magistratura və doktorantura dərəcəsi üzrə təhsil təqdim edir.  Universitet bakalavriat səviyyəsində Sistem mühəndisliyi ixtisası üzrə də tədris həyata keçirir. TAMİU Qərbi Hemisfer Ticarəti Araşdırma Mərkəzi, Qərbi Hemisfer Ticarəti İnformasiya Mərkəzi, Yer və Ətraf Mühit Elmləri Mərkəzi, Kiçik Biznes İnkişafı Mərkəzi və s. kimi tədqiqat mərkəzlərinə ev sahibliyi edir.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
21 yaşlı məhkum özünü asdı 18 Noyabr 2019, 00:34 Belarus Parlamentinə 110 deputatı seçildi 18 Noyabr 2019, 00:16 Siyəzəndəki qəzada yaralananlardan ikisi öldü 17 Noyabr 2019, 23:51 Ruhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaq 17 Noyabr 2019, 23:29 Prezidentə sui-qəsd hazırlamaqda şübhəli bilinənlər tutuldu 17 Noyabr 2019, 23:07 Gəmidə yanğın oldu 17 Noyabr 2019, 22:44 Ağcabədidə qanunsuz ov edənlər saxlanıldı 17 Noyabr 2019, 22:17 Hindistan Rusiyadan 200 helikopter almaqdan imtina edir? 17 Noyabr 2019, 21:57 İmamoğlundan xanımını tənqid edənlərə CAVAB 17 Noyabr 2019, 21:34 Bərdədə baş verən qəzada 4 nəfər yaralandı 17 Noyabr 2019, 21:26 Səudiyyə xalqı küçələrə axışdı 17 Noyabr 2019, 21:04 Azərbaycan mətbəxi Parisdə nümayiş olunur 17 Noyabr 2019, 20:44 İranda 100 mindən artıq insan etirazlara qoşuldu 17 Noyabr 2019, 20:26 Portuqaliya AVRO-2020-yə yüksəldi 17 Noyabr 2019, 20:11 Gürcüstan müxalifəti parlamenti mühasirəyə alıb - FOTOLAR 17 Noyabr 2019, 20:08 İranın 9 əyalətinə güclü qar yağıb - FOTOLAR 17 Noyabr 2019, 17:52 “Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılır 17 Noyabr 2019, 17:34 Azərbaycanlı deputat Belarusda parlament seçkilərini izlədi 17 Noyabr 2019, 16:53 Keçmiş döyüşçü Albert Aqarunovun komandirlərinin unudulmasına ETİRAZ ETDİ 17 Noyabr 2019, 16:49 Xamenei benzinin bahalaşmasını DƏSTƏKLƏDİ - Etirazlar böyüyür 17 Noyabr 2019, 16:22 “SİRAB” ASC-nin sədri şirkətə qarşı kampaniyaya etirazını bildirdi 17 Noyabr 2019, 16:20 “Mən bu kreslodan göyərmiş barmaqlarla yapışmayacam” - Prezident 17 Noyabr 2019, 16:18 Xərçəngdən əziyyət çəkənlərə dəyərli MƏSLƏHƏTLƏR 17 Noyabr 2019, 16:14 Həkimlər prezidentin həyatını xilas edib 17 Noyabr 2019, 16:03 Gürcüstanda müxalifət yürüş keçirib – FOTO 17 Noyabr 2019, 15:52 Rektordan tələbələrə daha 10 tövsiyə 17 Noyabr 2019, 15:29 Bakıda ağır qəza - 2 ölü, 2 yaralı 17 Noyabr 2019, 13:56 “İrandakı iğtişaşlarda azərbaycanlılar üçün də təhlükə var” - Siyasi mühacir 17 Noyabr 2019, 13:37 Sabahın hava PROQNOZU açıqlandı 17 Noyabr 2019, 13:02 “Sizin “izzəti –nəfs” dediyiniz, “sanballı rəqabət” dediyiniz budurmu?” - Əli Həsənov 17 Noyabr 2019, 12:25 Benzinin qiyməti İranda iğtişaşlar yaratdı - 12 ölü... 17 Noyabr 2019, 12:14 Ağlagəlməz QATİLLƏR 17 Noyabr 2019, 11:59 Naxçıvanda hərbi təlim yekunlaşdı - VİDEO 17 Noyabr 2019, 11:34 “525-ci qəzet” 25 YAŞINDA... 17 Noyabr 2019, 11:28 Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir 17 Noyabr 2019, 11:23