Modern.az

Avropa gənclərini Bakıya toplayacaq festivalın ÖZƏLLİKLƏRİ

Avropa gənclərini Bakıya toplayacaq festivalın ÖZƏLLİKLƏRİ

Aktual

17 İyul 2019, 14:19

Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21 -27  tarixlərində Azərbaycanda keçiriləcək.

Festivalın özəllikləri ilə bağlı Gənclər və İdman Nazirliyi mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Modern.az-a açıqlama verib.

 

“Bildiyiniz kimi, Olimpiya oyunları hər 4 ildən bir təşkil olunur. Cüt və tək illərdə keçirilir. Bu festifal isə hər iki ildən bir, əsasən də yay aylarında  təşkil olunur. Yeniliik ondan ibarətdir ki, idmançıların yaş həddi 14-18   arası müəyyənləşib. Artıq 15-ci dəfədir festifal təşkil olunur, 15-cisi  Azərbaycanda keçiriləcək. Ölkə 122  idmançı ilə təmsil olunacaq. Bunlardan 80 -i oğlan, 42-i qız idmançıdır. Hətta, 34 komanda rəsmisi də qeydiyyatdan keçib. Bunlar komandanın baş məşqçiləri, onların köməkçiləri, və tibbi- texniki personaldır. Həmçinin yarış üçün 2500 könüllü də qeydiyyatdan keçib.

 

Nazirlik rəsmisi festivala qatılacaq əcnəbi ölkə təmsilçiləri haqda da məlumat verib.

“Ümumilikdə, Olimpiya komitəsinə üzv 48 ölkə təmsil olunacaq.  İdman tədbirinə qitənin 48 ölkəsindən 3600 idmançı texniki heyətlə birlikdə qatılacaq. İdmançılar üçün  altı bina Atletlər kəndində ayrılıb. İdman tədbirinə açılış və bağlanış üçün xüsusi qonaqların olması hələki  mətbuatdan gizli saxlanılır. Bu barədə məlumat vermirik. Çünki insanlara maraqlı olması üçün gizlilik qorunur”.

 

Mətbuat rəhbəri onu da qeyd edib ki, açılış və bağlanış mərasiminin ideya müəllifi və quruluşçu rejissoru yerli mütəxxəsislərdir.

“Açılış və bağlanış mərasimlərinə 500-ə yaxın mütəxəssis cəlb olunub. Mərasimlər Bakı Kristal Zalında təşkil olunacaq”.

 

Jalə Mehdi

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı