Modern.az

99 yaşlı nənəyə ilk dəfə şəxsiyyət vəsiqəsi verildi

99 yaşlı nənəyə ilk dəfə şəxsiyyət vəsiqəsi verildi

Aktual

9 Avqust 2019, 14:00

İlk dəfə şəxsiyyət vəsiqəsi almaq üçün Bərdə “ASAN xidmət” mərkəzinə müraciət edən 99 yaşlı Azərbaycan vətəndaşına hazır sənəd təqdim edilib.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) mətbuat katibi Elnur Niftəliyev məlumat verib.


E.Niftəliyev qeyd edib ki, hazır sənəd bu gün vətəndaşa təqdim edilib:

“Vətəndaş Mustafayeva Tuyğun İmran qızıdır. Xanım 1920-ci il təvəllüdlüdür”.


Bərdə Regional ASAN xidmət Mərkəzinin Vətəndaşların qəbulu şöbəsinin baş mütəxəssisi Şəbnəm Süleymanova Modern.az-a bildirib ki, Mərkəz 12 dövlət orqanı, özəl şirkət müəssiələrilə birlikdə 320-dən çox xidmət təklif edi:


“Mərkəzlərimizə müraciət edənlərin sayı 31 milyondan çoxdur. Bərdə Regional ASAN xidmət Mərkəzi fəaliyyətə başlayandan-12 mart 2015-ci il tarixdən 1,5 milyondan çox vətəndaş müraciəti qəbul edib. Bura Bərdə rayonu ilə yanaşı, Ağdam, Fizuli, Laçın, Ucar, Zərdab, Ucar, Mingəçevir və Tərtər rayonlarında qeydiyyatda olan sakinlərə xidmət göstərir. Bundan başqa, Mərkəzdə səyyar avtobus xidməti də var ki, Goranboy rayonu və Nafatalan sakinlərinə də xidmət göstərir. Əməkdaşlarımız mobil səyyar xidməti vasitəsilə də xidmət göstərirlər.”

 

Ş.Süleymanova qeyd edib ki, 99 yaşlı  Tuyğun Mustafayeva şəxsiyyət vəsiqəsi üçün Mərkəzə müraciət edəndə, sənədləri mobil səyyar xidmət vasitəsilə ünvanında qəbul edilib:


“Hazır sənəd də xanıma yaşadığı ünvanda təqdim olunub”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı