Modern.az

Xocalı soyqırımına aid yeni film çəkildi

Xocalı soyqırımına aid yeni film çəkildi

Aktual

10 Avqust 2019, 16:49

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün birinci qrant müsabiqəsinin qalib olmuş “Əlil Qadınlar Cəmiyyəti” İB Xocalı soyqırımına həsr olunmuş “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filimin hazırlanması başa çatır. 

“Əlil Qadınlar Cəmiyyəti”İB tərəfindən Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim olunan sənədli televizya filmi Azərbaycan xalqına qarşı həyata keçirilmiş Xocalı soyqırımının bütün dünyaya tanıdılması və bu soyqırıma beynəlxalq təşkilatlar tərəfindən siyasi, hüququ qiymət verilməsi məqsədini daşıyır. 

Layihənin koordinatoru “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Rəhimova, filmin ssenari müəllifi Mahir Qəribov, rejissoru isə İsmayıl Musayevdir.

Qeyd edəkki, filmdə 1992-ci il Xocalı soyqırımı zamanı gənc bir qızın və ailəsinin başına gələn hadisədən bəhs edilir. İnsanın qanını donduran bir faciədən...

Filmdə 10 yaşlı Ləfixanımın ailəsiylə birlikdə soyuq, qarlı qış gecəsində quduzlaşmış erməni əsgərlərindən xilas üçün necə qaçmasından, aclığa, susuzluğa, soyuğa 19 gün necə dözdüklərindən, ermənilərin girovuna çevrilmələri göstərilir. Erməni komandirinin onları silahla hədələməsi və Qırmızı Xaç Cəmiyyətinə onları bir şərtlə təhvil verəcəklərini deməsi filmin həyəcanını artırır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı