Modern.az

“Gənclərin həyatında sosial şəbəkələrin rolu: mənfi və müsbət cəhətləri” müzakirə olundu

“Gənclərin həyatında sosial şəbəkələrin rolu: mənfi və müsbət cəhətləri” müzakirə olundu

Aktual

8 Sentyabr 2019, 11:06

7 sentyabr 2019-cu il tarixində Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının  təşkilatçılığı ilə Binəqədi Gənclər Evində “Gənclərin həyatında sosial şəbəkələrin rolu: mənfi və müsbət cəhətləri” adlı təlim keçirilib. Təlimdə müxtəlif ali təhsil müəssisələrini təmsil edən 34 gənc iştirak edib.

 

Modern.az xəbər verir ki, təlim zamanı gənclərə “Böyük İpək Yolu”  Beynəlxalq Gənclər İttifaqının təqdimatı keçirilib, İttifaqın əsas məqsədi və 7 illik tarixi ərzində  həyata keçirilən fəaliyyəti barəsində gənclərə geniş məlumat verilib.

 

Daha sonra təlim iştirakçıları “sosial şəbəkələrin yaranması və mahiyyəti”, “sosial şəbəkələrdən düzgün istifadə yolları”, “sosial şəbəkələrin gənclərin həyatına və ailə daxili münasibətlərə təsiri” və başqa mövzularda geniş məlumata və biliklərə yiyələnmək imkanı əldə ediblər. Təlim zamanı dünyanın ən böyük sosial şəbəkələri “facebook”, “instagram”, eləcə də “youtube”-dan istifadə mövzusuna da geniş yer ayrılıb. Təlim “Böyük İpək Yolu” BGİ-nin və Binəqədi Gənclər Evinin nümayəndələrinin moderatorluğu ilə gənclərin sosial şəbəkələr haqqında geniş müzakirələri ilə davam edib.

 

Qeyd edək ki, təlim Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının baş katibi, təlimçi Emil Bayramovun təqdimatında baş tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir