Arxiv
23 Sentyabr 2019, 16:20 | QARABAĞ
Füzuli Rzaquliyev: “Sizcə, bu şərəfsizlərin torpaq  qaytarmaq fikri olar?!” - MÜSAHİBƏ

Ermənilər deyiblər “atəşkəsi o qədər uzatmaq lazımdır ki, Azərbaycanda müharibə görmüş insanlar azalsınlar!”

 

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) yaranmasından artıq 25 il ötür.

 

İctimai Birlik Qarabağ müharibəsində iştirak etmiş, döyüş yoldaşları arasında “Koroğlu” ləqəbi ilə tanınan Füzuli Rzaquliyev tərəfindən yaradılıb. Füzuli Rzaquliyev öz döyüş yoldaşlarını ətrafına toplayaraq 1994-cü ildə Bakıda AVMVİB-ni təsis edib. İctimai Birliyin yaranmasının məqsəd və məramı müharibə iştirakçılarının sosial hüquqlarının bərpası və qorunması, veteranlara və onların ailə üzvlərinə hüquqi yardım göstərilməsində, həmçinin əmək bazarına hazırlanmasında yaxından köməklik göstərməkdir.

 

Modern.a-ın əməkdaşı Füzuli Rzaquliyevdən sədri olduğu İctimai Birliyin 25 illiyi münasibəti ilə onu sorğu-sual edib.

 

- Füzuli müəllim, öncəliklə İctimai Birliyinizin 25 illiyi münasibəti ilə sizi təbrik edirik.

 

- Çox sağ olun. O gün olsun ki, Şuşada qeyd edək.

 

- 25 il ərzində hansı işləri görə bildiniz?

 

- 25 il ərzində çox işlər görüldü. Vətənpərvərliyin təbliği, hərbiçilərlə görüşlər, onların problemlərinə köməklik göstərmək kimi mühüm işlər görsək də, bizim ən böyük arzmuz hələ ürəyimizdə qalıb. Ən böyük, lakin yarımçıq qalan arzumuz torpaqlarımzın azad olunmasıdır. Azərbaycanın bir tərəfi Dərbənd, bir tərəfi Təbriz, digər tərəfi Borçalıdır. Arzumuz tək Qarabağ deyil. Amma hələ heç bir arzumuza çatmamışıq.

 

- Siz necə düşünürsünüz, torpaqlarımız sülh yolu ilə alınmalıdır, ya müharibəylə?

 

- Xeyr! Müharibəylə alınmalıdır. 1920-ci ildə mənfur bolşeviklər torpaqlarımızı işğal edəndə Məhəmməd Əmin Rəsulzadə Şimali Azərbaycandan 114 min hektar torpaq miras qoyub getdi. 100 ildə itirdiklərimizin hansı birini ala bilmişik?! Bir dənə Lələtəpəni aldıq, onu da müharibə yoluyla. Erməni şərəfsizlərini qırmaq lazımdır, ən yaxşı erməni ölü ermənidir. Ermənilər Qubadlıda qəsəbə salır, Kəlbəcərədə İstisuda zavod tikir. Sizcə, bu şərəfsizlərin torpaq  qaytarmaq fikri olar?! Analar yenə oğul doğacaq, amma Azərbaycan doğulmur.

 

- 25 il müddətində İctimai Birliyin yaradılmasında təşəbbüs göstərmiş  keçmiş döyüşçülərdən itirdiklərimiz də çox olub. İctimai Birliyi onlar olmadan idarə etmək çətin deyil?

 

- 1994-cü ildə müharibədən çıxmış şəxsləri cəmiyyətə adaptasiya etmək üçün biz bu təşkilatı yaratmışdıq. O insanlar ölümdən çıxmış insanlar idi, onlara təşkilatlanmağa yer lazım idi. Təbii ki, 25 il ərzində tək mənə çatan məlumata əsasən elə bu son aylarda 5 müharibə veteranı itirmişik, saylarımız seyrəlib. Ermənilər də həmin vaxtlarda deyiblər ki, “atəşkəsi o qədər uzatmaq lazımdır ki, bu müharibə görmüş insanlar azalsınlar, sonrakılar sülhə razı olacaqlar”. Amma onlar yanılırlar, Aprel döyüşləri də bunu sübut elədi. Bu xalqın əzmkar, döyüşkən oğulları həmişə olub. Hazırda bizim təşkilatın 78 rayon şöbəsi var və  ətrafında 65752 nəfəri birləşdirib. Biz tezliklə müharibə etməliyik. Şükür Allaha ki, güclü ordumuz var, yetər artıq, ermənilərin  nazıyla oynadıq. Biz nə qədər təhqir olunmalıyıq?! Paşinyan gəlir deyir ki, bura Ermənistandır.

 

- Füzuli müəllim, işlərinizdə uğurlar arzulayırıq, müsahibə verdiyiniz üçün çox sağ olun!


- Hələ ki, bizə heç bir təbrik düşmür. İnşallah Laçında, Kəlbəcərdə, Şuşada təbrik edəsiniz. Bəzilərinə gülüş gəlir, amma bizim hədəfimiz bütöv Azərbaycandır. Allah sizləri və bütün vətənpərvər insanları qorusun.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev azadlığa çıxdı 6 Dekabr 2019, 14:25 Goranboyda saz havası ilə ağac əkdilər - FOTOLAR 6 Dekabr 2019, 14:17 Məşhur yazıçı bu dəfə buzlaqlar ölkəsində - Rövşən Abdullaoğlu Antarktidada 6 Dekabr 2019, 14:04 Sarkisyanın pasportunu əlindən aldılar - Rusiyaya gedə bilmədi 6 Dekabr 2019, 13:56 Onlar Milli Məclisin adının dəyişdirilməsi təklifini süngü ilə QARŞILADILAR 6 Dekabr 2019, 13:49 Siyavuş Novruzov müxalifəti ağacəkməyə dəvət etdi 6 Dekabr 2019, 13:42 Naxçıvan Ali Məclisi də buraxılacaq? 6 Dekabr 2019, 13:35 Mikayıl Cabbarov erməni nazir müavinini susdurdu - VİDEO  6 Dekabr 2019, 13:27 “Qarabağ azərbaycanlıları danışıqlarda tərəf olub” - Paşinyanın növbəti diplomatik MƏĞLUBİYYƏTİ 6 Dekabr 2019, 13:22 Hacıqabulda ağacəkmə aksiyası keçirilib - FOTO 6 Dekabr 2019, 13:17 Sabahın hava PROQNOZU açıqlandı 6 Dekabr 2019, 13:15 Cümşüd Nuriyev yenə qadınlardan danışdı - VİDEO 6 Dekabr 2019, 13:01 YAP-ın gənclər təşkilatının sədri seçici görüşünə helikopterlə gəldi - FOTO 6 Dekabr 2019, 13:01 Onları necə təqdim edək - deputat, yoxsa sabiq deputat? 6 Dekabr 2019, 12:56 AQTA daha bir qəssabxananı yoxladı - 227 kq ət məhv edildi 6 Dekabr 2019, 12:56 Prezident və birinci xanım Şamaxıda ağacəkmə aksiyasında... - FOTOLAR 6 Dekabr 2019, 12:46 Ali Hərbi Məktəbin kursantları çöl çıxışlarına başlayıb - VİDEO 6 Dekabr 2019, 12:39 Bakıda bayram yarmarkaları təşkil ediləcək 6 Dekabr 2019, 12:35 İlham Əliyev və Birinci vitse-prezident Şahxəndan türbəsi ilə tanış olublar 6 Dekabr 2019, 12:28 “Xalqın etimadını qazanmaq lazımdır” - Naqif Həmzəyev 6 Dekabr 2019, 12:22 Bahar Muradova YAP-ın növbədənkənar seçkidəki namizədlərindən DANIŞDI 6 Dekabr 2019, 12:22 Nazirlik övladlığagötürmə qaydalarını müzakirəyə çıxardı 6 Dekabr 2019, 12:14 Alman polisinin saxladığı Əlövsət Əliyevdən XƏBƏR VAR 6 Dekabr 2019, 12:13 Baş nazirin müavini: “Azərbaycanda hər bir vətəndaş üçün daha layiqli şərait yaradılır” 6 Dekabr 2019, 12:06 Tramp İrana qarşı 12 min hərbçi göndərir? - AÇIQLAMA 6 Dekabr 2019, 12:04 Serj Sarkisyan məhkəməyə müraciət etdi 6 Dekabr 2019, 11:56 Ölkə vətəndaşları Mehriban Əliyevanın təşəbbüsünə qoşulublar - FOTOLAR 6 Dekabr 2019, 11:50 Argentina səfiri: AZƏRTAC-ın ispan dilində xəbər yayması təqdirəlayiqdir - FOTO 6 Dekabr 2019, 11:42 Əli Əhmədov: “YAP parlamentdəki çoxluğunu qoruyub saxlamaq istəyir” 6 Dekabr 2019, 11:35 MSK növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclas ÇAĞIRDI 6 Dekabr 2019, 11:23 Azərbaycan polisləri də ağac əkdi - FOTO 6 Dekabr 2019, 11:17 Polis 12 şübhəlini saxladı 6 Dekabr 2019, 11:08 Vilayət Eyvazov Dövlət Yol Polisi barədə göstəriş verdi 6 Dekabr 2019, 10:55 Vahid Mustafayevdən ETİRAZ: “Niyə məhz 102 FM-in tezliyi satışa çıxarılıb?” 6 Dekabr 2019, 10:47 Mikayıl Cabbarov: “TRACECA-nın cəlbediciliyini artıra bilərik 6 Dekabr 2019, 10:40
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?