Modern.az

Bütün avtobusların kart sisteminə keçəcəyi vaxt açıqlandı

Bütün avtobusların kart sisteminə keçəcəyi vaxt açıqlandı

Aktual

26 Sentyabr 2019, 11:57

"2020-ci ildən Bakı şəhərində fəaliyyət göstərən bütün avtobusların mütləq əksəriyyəti kart sisteminə keçəcək".

Modern.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, hazırda avtobusların kart sisteminə keçidinin təmin olunması üçün ciddi işlər aparılır:

"Hazırda Bakıda fəaliyyət göstərən 2100 avtobusdan 503-ü kart sisteminə keçib. Bu isə ümumi avtobus parkının 25 faizini təşkil edir. Avtobusların kart sisteminə keçidi təmin olunduqdan sonra dayanacaqlarda olan nəqliyyat informasiya monitorlarının da fəaliyyəti bərpa olunacaq. Bununla sərnişinlər avtobusların gəlmə vaxtını dəqiq biləcəklər ".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı